Liverpul İspaniyaya elçi düşüb
Icma.az, News24 portalına istinadən məlumat verir.
Barselona"nın futbolçusu Frenki de Yonq karyerasını İngiltərədə davam etdirmə ehtimalı yüksəlir.
News24.az xəbər verir ki, Liverpul" niderlandlı yarımmüdafiəçini transfer etmək üçün addımlar atır. Bu barədə "Fichajes" nəşri xəbər verib.
Mersisayd klubu yayda 27 yaşlı orta xətt oyunçusu üçün "Barselona"ya təklif göndərəcək. La Liqa nəhəngi yüksək maaşı alan futbolçunu satmağa isti yanaşır.
Onun üçün 45 milyon avro pul ödəməyə hazır olan "Liverpul" əsas heyət üçün transfer etmək istəyir.
Qeyd edək ki, "Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm kataloniya təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
Ağa Dadaşzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 29 Noyabr 2024 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















