Icma.az
close
up
RU
Kinomuzun Cəlalı, Muradı...

Kinomuzun Cəlalı, Muradı...

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Dünən kinomuzun daha bir əfsanəsini itirdik. Ölüm haqq olsa da, Azərbaycanın Xalq artisti Ənvər Həsənovun vəfatına hamılıqla heyfsilənirik. “Uşaqlığın son gecəsi”nin Muradı, “Yeddi oğul istərəm”in Cəlalı, “Dərviş Parisi partladır”ın Şahbaz bəyi, “Babək”in Tərxanı, neçə filmin rejissoru, ümumiyyətlə, xalqın sevimli sənətkarı idi Ənvər Həsənov.

Keçən il onunla görüşüb sənət barədə söhbət etmək istəyirdik. Dostu Dilafət müəllim zəng edib xahişimizi çatdırdı. O isə: “Bir az nasazam, sağalım, görüşərik” – deyə cavab verdi. Təəssüf ki, bu, mümkün olmadı. Kinomuzun əfsanələrindən biri bizləri tərk edib getdi...

Tələbəlik yoldaşım, yazıçı Nurəddin Ədiloğlu düz 55 il əvvəl Ənvər Həsənovu ilk dəfə gördüyünü böyük sevgi ilə danışırdı: “Yay tətilində Masallıdan Bakıya, qohumum – əmək qəhrəmanı Məhəmməd Hüseynovgilə qonaq gəlmişdim. Əmioğlularım və qonşu uşalarla futbol oynayırdıq. Top meydançadan kənara çıxanda küçə ilə gedən Murad (“Uşaqlığın son gecəsi”) cəld hərəkətlə, özü də peşəkar futbolçulara məxsus fəndlə topu saxlayıb, sağ ayağndan sol ayağına, soldan da sağa çiləyərək bizə tərəf atdı. Uşaqlardan kimsə ona ucadan “Çox sağ olun” – dedi. O da bizə baxıb xəfifcə gülümsündü. Yaraşıqlı idman gödəkçəsində, enlibalaq cins şalvarda gördüyüm aktyor indi də gözümün qabağındadır. Şaçları çiyinlərinə tökülmüşdü, uzun bakenbardları üzünün yarsına qədər uzanmışdı. Tələbə olduğunu, M.A.Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil aldığını da bilmirdim. Sadəcə heyrətlə uşaqlıq dünyamın ən sevimli film qəhrəmanına baxırdım. O çöhrəsindəki təbəssümlə bizdən uzaqlaşıb getdi. Çox sonralar öyrəndim ki, 1969-cu ildə ekranlara çıxan “Uşaqlığın son gecəsi” filmi beynəlxalq festivalda 5 diplom alıb. Ənvər də “Ən yaxşı kişi rolu” mükafatı ilə təltif olunub”.

Mərhumun dediyinə görə, həmin filmdəki Muradla həyatdakı Ənvər arasında elə də fərq yox idi. Çünki o da həyatda çılğın, şıltaq olub. Hərdən “Uşaqlığın son gecəsi”nə çəkildiyi günləri bir kino lenti kimi gözünün önündən keçirirmiş. O əlçatmaz, ünyetməz illərə qayıdıb, cavanlığını yaşamaq istədiyini dilə gətirirdi. Deyirdi ki, kim cavanlığına qayıtmaq istəməz ki? Amma artıq yaş özünü göstərir... Əvəzində o, nəvəsinin adını Murad qoymuşdu.

Bəli, düz deyiblər ki, ömrün son dayanacağına kimin nə vaxt və necə çatacağı Uca Yaradandan savayı, heç kəsə bəlli deyil. Artıq Muradın – Ənvərin ruhu bir zaman “Dərviş Parisi partladır”, “Atları yəhərləyin” və “Sonuncu döyüş” filmlərində birgə çəkildiyi, 17 il əvvəl isə avtomobil qəzasında həyatını itirmiş ömür-gün dostu, kinoaktrisa Mömünat Qurbanovaya qovuşdu...

Ə.DOSTƏLİ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri