Icma.az
close
up
RU
Molla rejimi başını itirib Azay Quliyev

Molla rejimi başını itirib Azay Quliyev

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

O vurğulayıb ki, İranın Naxçıvanın mülki infrastrukturuna, o cümlədən hava limanına və məktəbə hücum etməsi Azərbaycan dövlətinə və xalqına qarşı açıq təxribat və düşmənçilik aktıdır. ABŞ–İsrail–İran müharibəsinin ilk günündən etibarən Azərbaycanın İrana qarşı kifayət qədər təmkinli, soyuqqanlı və bütün riskləri göz önünə alaraq dostcasına davranmasına, Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın dini lideri Seyid Əli Xameneinin həlak olması ilə əlaqədar Prezident Məsud Pezeşkiana başsağlığı verməsi, İranın ölkəmizdəki səfirliyinə gedərək matəm kitabına ürək sözlərini yazması, o cümlədən Xarici işlər naziri Ceyhun Bayramovun müharibənin başladığı gün iranlı həmkarı Abbas Araqçiyə zəng edərək məsələnin dinc yolla və beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu bildirməsi və Azərbaycanın ərazisindən İrana qarşı heç vaxt istifadə edilməsinə yol verilməyəcəyinə zəmanət verməsinə baxmayaraq, İran yenə də özünün əsl simasını və iç üzünü ortaya qoydu.
Bütün bu jestlərə və dostluq mesajlarına görə bizə təşəkkür etmək əvəzinə, İran övladlarımızı Naxçıvanda öldürmək üşün məktəbə və hava limanına dron göndərdi.
Bu hadisə İran rejiminin nə qədər nankor və fürsətcil olduğunu, dinc insanlara qənim kəsilən terrorçu mahiyyətini bir daha sübut edir.
Eyni zamanda göstərir ki, batmaq üzrə olan İran rejimi özünün “qardaş” hesab etdiyi Ermənistandan başqa demək olar ki, bütün qonşularına, o cümlədən Azərbaycan və Türkiyəyə qarşı ən iyrənc addımlar atmağa hazırdır. Görünür, başsız qalmış molla rejimi “başını” tam itirib.
Bu alçaq və qorxaq hücumdan sonra Azərbaycan Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin ayrı-ayrılıqda verdiyi bəyanatlarını, xüsusilə, bu hücumun heç bir halda cavabsız qalmayacağı və zəruri tədbirlərin hazırlandığı barədə dövlətimizin qətiyyətli mövqeyini tam şəkildə dəstəkləyirik.
İran qısa müddət ərzində bu hücuma və terror aktına aydınlıq gətirməli, Azərbaycandan üzr istəməli və cinəyatkarları cəzalandırmalıdır.
Hesab edirəm ki, bu hadisəyə İranda yaşayan və rejim tərəfindən hüquq və azadlıqları daim heçə sayılan, əzilən 40 milyonluq soydaşlarımız da laqeyd qalmamalı və özlərinin kəskin etirazlarını bildirməlidirlər.
Xalqımız hər zaman dövlətinin, ordusunun və Ali Baş Komandanın yanındadır və bu kimi alçaq hücumlara qarşı səfərbər olmağa hazırdır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azvision.az
archiveBu xəbər 05 Mart 2026 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see380

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see338

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see328

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see311

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see302

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see296

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see273

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see254

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see251

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see238

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see203

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see178

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri