“Qazilərimiz canlı şəhidlərimizdir” Azay Quliyev
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
“İndi biz alnıaçıq, üzüağ, başımızı dik tutaraq qalib dövlətin xalqı və milləti kimi təmsil olunuruq".
Modern.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə deputat Azay Quliyev çıxış edərkən deyib.
O, qazilərə və onların ailə üzvlərinə təşəkkürünü bildirib, şəhidlərin əziz xatirəsini ehtiramla yad edib.
Deputat qazilərin Vətən müharibəsində göstərdikləri qəhrəmanlığa diqqət çəkərək onları “canlı şəhidlərimiz” adlandırıb.
O bildirib ki, qazilər və şəhidlər elə bir şücaət göstəriblər ki, bu Qələbə beynəlxalq miqyasda regionun geosiyasi xəritəsini dəyişib.
"Uzun illər Azərbaycanın ən ağrılı məsələlərindən biri olan Qarabağ problemi beynəlxalq müstəvidə lazımi dəstəyi görməsə də, Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində öz həllini tapıb. Qələbəmizdən sonra Cənubi Qafqazda münasibətlər sistemi də tamamilə dəyişdi”, – deyə o bildirib.
Azay Quliyev, həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edib, qurumun fəaliyyətsizliyinin və erməni işğalının legitimləşdirilməsinə yönələn yanaşmaların yolverilməz olduğunu diqqətə çatdırıb.
Baxış sayı:39
Bu xəbər 06 Noyabr 2026 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















