Icma.az
close
up
RU
Molla rejimi ni yalnız Tramp devirə bilər TƏHLİL

Molla rejimi ni yalnız Tramp devirə bilər TƏHLİL

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Venesuela Prezidenti Nikolas Maduronun xüsusi əməliyyatla həbs edilməsindən sonra, ABŞ-nin İranda başlayan etirazlara da müdaxilə edəcəyi istisna olunmur.

Yanvarın 2-də ABŞ prezidenti Donald Tramp İrandakı etirazlarla bağlı bildirib ki, İran öz xalqını öldürərsə, ölkəsi tədbir görəcək. Dünən ABŞ mətbuatına verdiyi müsahibədə Trampa yaxınlığı ilə seçilən senator Lindsi Qraham xəbərdarlıq edib ki, Tramp etirazçılara qarşı təzyiqləri davam etdirəcəyi təqdirdə İranın Ali Lideri Ayətullah Əli Xameneini öldürməklə hədələyib:

"Tramp Obama deyil. Ayətullahlar, bunu başa düşməlisiniz: Əgər daha yaxşı həyat tələb edən xalqınızı öldürməyə davam etsəniz, Donald Tramp sizi öldürəcək. İranda dəyişiklik gəlir. Bu, Yaxın Şərq tarixində nasist rejimindən qurtulmaq üçün ən böyük dəyişiklikdir. İran xalqına kömək yoldadır".

ABŞ lideri fikrini hazırda daha çox Qrenlandiyanın alınmasına yönəltsə də, onun Tehranda oturan "molla rejimi"ni dəyişə biləcək yeganə prezident olması da şübhəsizdir. Dinsiz dindarların öhdəsindən yalnız o gələ bilər. 

Fotoda: İranın Ali Dini lideri Əli Xamenei və ABŞ Prezidenti Donald Tramp

Rəsmi Tehran hər nə qədər İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani və digər yüksək çinli məmurlar səviyyəsində açıqlamalarla cavab versə də, ABŞ-nin zarafat etmədiyini 12 günlük İran-İsrail müharibəsindən yaxşı bilir. Elə bunun nəticəsidir ki, iddialara görə, İranın ali dini rəhbərliyi ölkənin qızıl ehtiyatlarını Rusiyanın nəqliyyat təyyarələri ilə xaricə daşımağa başlayıb. Onlar mümkün çevrilişə hazırlaşır. 

İran-İsrail müharibəsindən söz düşmüşkən, Prezident Tramp hələ o zamankı açıqlamasında İranın Ali Dini lideri Əli Xamenei ilə bağlı diqqətçəkən açıqlama vermişdi. O, dini liderin asan hədəf olduğunu, harada gizləndiyini dəqiq bildiklərini, lakin ən azından indilik (müharibənin gedişatında - red.) onu məhv etməyi planlaşdırmadıqlarını demişdi. Tramp hələ ötən ilin yayında Vaşinqtonun səbrinin tükəndiyini qeyd etmişdi. Bəlkə də həmin məqam artıq yetişib və ABŞ-nin səbr kasası dolub. Bu məqamda Xamenei ya öldürüləcək, ya da bir zamanlar havadarlıq etdiyi keçmiş Suriya prezidenti Bəşər Əsəd kimi Moskvaya qaçacaq. 

İranda başlayan etirazlardan sonra İsrail də müəyyən qədər həvəslənib. Ölkə mətbuatı İsrailin ABŞ ilə birlikdə Xameneini devirmək üçün İrana müdaxilə edə biləcəyini irəli sürüb. 

Keçmiş müdafiə naziri Benni Qantz İsrail və ABŞ-ni İrandakı etirazçıların adından müdaxilə edərək rejimi təslim olmağa və ya devirməyə çağırıb.

İsrailin baş naziri Benyamin Netanyahu yaxın müttəfiqi olan Amerika rəhbərliyini razı sala bilsə, Qərb bu prosesə daha tez və birbaşa reaksiya verə bilər. 

Ölkə miqyasında etirazlar şiddətləndikcə və təhlükəsizlik tədbirləri genişləndikcə bir sıra etirazçılar birbaşa ABŞ prezidenti Donald Trampa müraciət edərək onu etirazçıların öldürülməsini dayandırmağa çağırıblar.

Etirazlar fonunda Tehranda bir etirazçının simvolik olaraq bir küçənin adını Tramp olaraq dəyişdirdiyi göstərilir və digər şəkillərdə "bizi öldürmələrinə icazə verməyin" sözləri yazılıb. 

Tehranda etirazçıların Trampın adına adlandırdığı küçə

Görünür, Trampın müdaxiləsindən əvvəl onun adı Tehrana çatıb ki, bu da təsadüfi deyil. 

Ümumiyyətlə, İran son həftələrdə iqtisadiyyatın pisləşməsi və rialın ABŞ dollarına qarşı sürətlə devalvasiyası səbəbindən genişmiqyaslı etirazlarla sarsılıb. Etirazların sayı 1.350.000-i keçib.

Zorakılıqlar da artıb və müxtəlif şəhərlərdə etirazçılar və polis əməkdaşları arasında ölüm halları qeydə alınıb.

Prezident Məsud Pezeşkian ictimaiyyətin narazılığını etiraf edərək, mövcud iqtisadi problemlərə görə hökumətin məsuliyyət daşıdığını bildirib və buna görə rəsmiləri ABŞ kimi xarici aktyorları günahlandırmamağa çağırıb.

Ötən cümə axşamı İranın müxtəlif şəhərlərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda ən azı altı nəfərin öldüyü bildirilir. Etirazlarda ölümlərin artması ABŞ-nin onsuz da müdaxilə etmək istəyini tətikləyə bilər. 

Etirazlara universitet tələbələri də qoşulub. Müxtəlif şəhərlərdə, xüsusən də Tehranda kampuslarda toplantılar keçirilib. Tehran Universitetində saxlanılan bəzi tələbələr 24 saat ərzində sərbəst buraxılıblar. Bəzi etirazçılar 1979-cu ildə devrilmiş Şah Məhəmməd Rza Pəhləvinin oğlu, vəliəhd şahzadə Rza Pəhləvinin rəhbərlik etdiyi monarxiyanın bərpasını dəstəkləyən şüarlar səsləndiriblər.

Bu nümayişləri 2022-ci ildə əxlaq polisinin Mahsa Aminini öldürməsindən sonra baş verən və yüzlərlə insanın ölümünə səbəb olan kütləvi nümayişlərdən bəri ölkədəki ən böyük sosial hərəkat hesab etmək olar. 

İran hökumətinin süqutunun dəqiq vaxtını proqnozlaşdırmaq mümkün olmasa da, tarixi təcrübə göstərir ki, bir sistemin dayanıqlığını ölçmək üçün ən vacib göstəricilərdən biri onun təhlükəsizlik qüvvələrinin sədaqət səviyyəsidir. Bu amil hazırda İranda əvvəlkindən daha çox şübhə altına alınır.

Tehranda hökumət əleyhinə iqtisadi etirazların iğtişaşa çevilməsi

İran və Sovet İttifaqı arasındakı mövcud vəziyyəti müqayisə edən "Daily Wire" qəzeti də vurğulayır ki, ABŞ və müttəfiqləri İranda mərkəzi nəzarətin çökməsi və ya ciddi şəkildə zəifləməsi ssenarisi üçün indidən plan qurmalıdırlar. Xüsusən də xaos vəziyyətində region və dünya üçün ciddi təhlükə yarada biləcək zənginləşdirilmiş uranın, digər nüvə materiallarının, kimyəvi silah ehtiyatlarının və strateji silahların təhlükəsizliyini təmin etmək üçün.

Sovet qeyri-sabitliyi dövründə bəzi nüvə silahlarını ötürməklə təhlükəli ssenarilərin qarşısını almağa çalışan Mixail Qorbaçovdan fərqli olaraq, İslam Respublikasının liderləri bu cür ehtiyatlılıq göstərməyiblər və İranda həssas materiallar və silahlar üzərində nəzarəti itirmək ehtimalı ciddidir.

Etirazların əsas diqqət mərkəzində olan ölkənin mərkəzindən fərqli olaraq, sərhəd əyalətlərindəki etnik azlıqlar, həmçinin ölkənin çoxluğunu təşkil edən Cənubi Azərbaycan xalqı hələ də geniş miqyasda etiraza qalxmayıblar. Lakin artıq Təbriz bazarının tacirləri tətil elan ediblər. Bu məqamda cənublu soydaşlarımızın reaksiyası həlledici ola bilər. 

Qorxu üzərində qurulmuş rejimlər sonda dağılır. İranda da bu gün uzaq deyil: ya vəlvələdən, ya zəlzələdən...

Ağarza Elçinoğlu


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:344
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Yanvar 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see534

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see481

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see451

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see367

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see361

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see336

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see261

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see242

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see239

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see224

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see208

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see206

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see203

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see188

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see186

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see185

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see183

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri