Monitorinq və hesabatlılıq sahəsində potensialın artırılması üzrə xüsusi təlimlər keçirilib
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Dünya Bankı arasında əməkdaşlıq çərçivəsində proqram və nəticəəsaslı büdcə mexanizminin tətbiqi sahəsində potensialın artırılması üçün xüsusi tədris proqramı üzrə təlimlərin növbəti mərhələsi keçirilib.
Maliyyə Nazirliyindən XQ-ə bildirilib ki, qrup formatında təşkil edilmiş təlimlərdə yeni büdcə mexanizminə keçid islahatlarına cəlb olunmuş “Təhsil”, “Sosial müdafiə və sosial təminat”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” sektorlarında fəaliyyət göstərən 49 dövlət qurumundan 150-dən çox nümayəndə iştirak edib.
Dünya Bankının “Azərbaycanda ortamüddətli xərclər çərçivəsi üzrə potensialın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil etdiyi təlimlərin məqsədi sektorlarda fəaliyyəti olan təşkilatlarda monitorinqin aparılması üçün icra hesabatlarının, habelə sektor üzrə strateji hədəflərə nail olunmasının icra vəziyyəti barədə hesabatın hazırlanması sahəsində potensialın artırılmasıdır.
Təlimlər müddətində Dünya Bankının ekspertləri tərəfindən icra göstəricilərinin, o cümlədən tədbirlərin icrasından əldə olunmuş nəticələrin təhlil edilməsi yolu ilə monitorinqin aparılması sahəsində praktiki məşğələlər və interaktiv sessiyalar təşkil olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 16 Yanvar 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















