Icma.az
close
up
RU
Mononatrium qlütamatdan normadan çox qəbul etdikdə bəzi insanlarda allergik reaksiyalar yarana bilər

Mononatrium qlütamatdan normadan çox qəbul etdikdə bəzi insanlarda allergik reaksiyalar yarana bilər

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Chipsim kabab”, “Chibsim Tomat” və “Rekord” çips məhsullarını satışdan çıxarıb. Səbəb kimi tərkibində E-621 qida əlavəsinin normadan artıq olması göstərilib.Bu hadisədən sonra şirkət necə qərar alıb?Digər başqa məhsullar da insan orqanizminə zərərlidirmi?

Yaranan suallarla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi Hüsniyyə Həsənova Bizimyol.info xəbər portalının sorğusunu cavablandırıb: “Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mononatrium qlütamat (E 621) − qida əlavəsi ilə bağlı keçirilən monitorinqlər çərçivəsində 29 yerli istehsal müəssisəsində müxtəlif məhsuldan 45 nümunə götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində “Rekord-2022” MMC-yə məxsus 1 nümunədə (“Rekord” əmtəə nişanlı 03.08.2025-03.02.2026 istehsal və son istifadə tarixli məhsul partiyası) və “Qəbələ Konserv Zavodu” MMC-yə məxsus 2 nümunədə (“Chipsim Kabab” əmtəə nişanlı 19.08.2025-19.04.2026 istehsal və son istifadə tarixli, “Chipsim Tomat” əmtəə nişanlı 07.08.2025-07.04.2026 istehsal və son istifadə tarixli məhsul partiyalarında) qida əlavəsinin normadan artıq olduğu müəyyən edilib. Aşkar edilmiş uyğunsuzluqla əlaqədar istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun zəruri tədbirlər görülərək, qeyd olunan istehsal tarixli məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağrılması və yığışdırılmasına dair müvafiq qərar qəbul olunub.

Qeyd edək ki, mononatrium qlütamat yeməklərin dadını gücləndirmək üçün istifadə olunan qida əlavəsidir. Bu maddə qlütamat turşusunun natrium duzudur və emal olunmuş qidaların etiketlərində “E621” və ya “monosodium glutamate” kimi qeyd edilir. Qida sənayesində əsasən kolbasa, sosiska, hazır şorbalar, “fast food”, çips və konservlərdə geniş istifadə olunur. Yol verilən həddən artıq qəbulu insanlarda allergik reaksiyalar, nevroloji təsirlər yarada bilər. Beynəlxalq təşkilatlar bu maddənin normal miqdarda istifadəsinin təhlükəsiz olduğunu bildirir. Ancaq gündə 3-5 qram və daha çox qəbul etdikdə bəzi insanlarda allergik reaksiyalar yarana bilər. Xüsusilə uşaqlar, hamilə qadınlar və bu maddəyə həssaslığı olan şəxslər ehtiyatlı olmalıdır. Nəzərə almaq lazımdır ki, E621 bir çox fərqli məhsulda ola bilər və gün ərzində müxtəlif mənbələrdən qəbul edildikdə onun təsiri artaraq sağlamlığa zərər verə bilər. Buna görə də istehlakçılar rasionlarında bu maddənin miqdarına nəzarət etməli, mümkün qədər az istifadəsinə üstünlük verməlidirlər”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 Oktyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri