Icma.az
close
up
RU
Həkim allerqoloq: Uşaqlarda daha çox süd və yumurtaya qarşı allergik reaksiyalar olur

Həkim allerqoloq: Uşaqlarda daha çox süd və yumurtaya qarşı allergik reaksiyalar olur

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 11 iyun, AZƏRTAC

“Allergiya orqanizmin hər hansı maddəyə qarşı yüksək həssaslığın reaksiyasıdır. Bu maddələrə allergenlər deyilir. Bunlara qida, ağac, gül-çiçək tozcuğu, kimyəvi maddələr, heyvan tükü, rütubət aiddir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-allerqoloqu Nihulya Şamilova açıqlayıb.

Onun sözlərinə görə, əgər ailədə valideynlərdən birində allergik anamnez varsa, bunun uşağa keçmə ehtimalı 20-30, onların ikisində allergik anamnez varsa, uşağa keçmə ehtimalı 50-60 faizdir: “Valideynlərdən birində allergik xəstəliklərdən hansısa biri varsa, övladlarında allergik reaksiyalardan bir klinik əlamət görərsə, mütləq həkimə müraciət etməli, allergik müayinələrdən keçməli, təsdiq olunmuş allergendən uzaq durmaq lazımdır. Uşaqlarda daha çox qida allergenlərinə rast gəlinir. Bu da erkən uşaqlıq dövründə özünü ya allergik səpkilər və ya ishal, qəbzlik, köp şəklində göstərir. Uşaqlarda daha çox süd və yumurtaya qarşı allergik reaksiyalar olur”.

Həkim-allerqoloq qeyd edib ki, bundan əlavə uşaqda tez-tez asqırma, burun qaşıntısı, göz yaşarma, gözlərin sulanması, quru öskürək, təngnəfəslik və boğulma kimi əlamətlər müşahidə olunarsa, valideyn mütləq allerqoloqa müraciət edilməlidir: “Kliniki əlamətlərə uyğun uşaqda hansı allergik xəstəlik növü varsa, aşkar olunmalıdır. Bunlara allergik rinit, konyunktivit və enterit, bronxial astma kimi xəstəliklər aiddir. Allergik rinit zamanı uşaqlarda tez-tez burunçəkmə, burun axıntısı və qaşıntısı, asqırma kimi əlamətlər rast gəlinir. Allergik konyunktivit zamanı göz ətrafında Morqani ləkələri nəzərə çarpır, gözlərdə yaşarma, göz qaşınması kimi əlamətlər görünür. Çox zaman bu iki xəstəliyə birlikdə rast gəlinir. Vaxtında müalicə olunmasa, bronxial astma kimi xəstəliyə keçə bilər. Biz buna atopik yürüş deyirik, yəni atopik dermatit, atopik rinit və sonradan bronxial astma. Anamnez və allergik müayinələrə əsasən uşaqda hansı allergenə qarşı reaksiya varsa, tapılmalıdır”.

Həkim-allerqoloq bildirib ki, əgər allergendən uzaq durmaq mümkün deyilsə, bu zaman yaranmış kliniki əlamətlərə uyğun müalicə təyin olunmalıdır. Həmin müalicə həkim nəzarəti altında fasiləsiz aparılmalı və təyinata uyğun zaman dəyərləndirilməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri