Icma.az
close
up
RU
Monqol ətini yerli məhsullardan bu üsullarla seçə bilərsiniz KONKRET

Monqol ətini yerli məhsullardan bu üsullarla seçə bilərsiniz KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Xaricdən gətirilən ətlərlə bağlı cəmiyyətdə ciddi narahatlıqlar var. Bir çox hallarda monqol ətinin dadı və qoxusunun yerli ətlə fərqlənməsi diqqət çəkir. Təbii ki, bu fərqlərin əsas səbəbi heyvanların böyüdüyü mühit, qidalanma qaydası və saxlanma şəraitidir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında qida məsələləri üzrə ekspert Asim Vəliyev səsləndirib.

“Monqolustanın çöllük ərazisi genişdir. Heyvanlar əsasən geniş çöllərdə sərbəst şəkildə otlayır, yabanı bitkilərlə qidalanır və daim hərəkətdə olur. Bu amillər ətin dadına birbaşa təsir edir. Nəticədə monqol ətində dad daha güclü, vəhşi və otlaq qoxusuna yaxın olur. Yerli ətə nisbətən daha aromatik görünə bilər. Bəzi istehlakçılar üçün bu dad və qoxu çox kəskin gəldiyi üçün fərq hiss olunur. Qoxunun güclü olması həm heyvanın qidalanması, həm də uzun məsafəyə daşınma zamanı saxlanma prosesləri ilə əlaqədardır.

Heyvanların sərt iqlimdə və daimi hərəkətdə olması ətin quruluşunda da özünü göstərir. Monqol ətinin lifləri daha sıx və bərk olur. Bu səbəbdən bişirilməsi yerli ətlə müqayisədə daha uzun çəkə bilər. Xüsusilə qızartma və şiş kabab kimi yeməklərdə fərq aydın hiss olunur. Digər fərq isə yağ tərkibi ilə bağlıdır. Sərbəst otlaqda böyüyən heyvanlarda piy az olduğu üçün monqol əti daha quru görünə bilər. Həmçinin bişirərkən əlavə yağ tələb edir”.

Ekspert vurğulayır ki, bu dad və qoxu xüsusiyyətləri sağlamlıqla bağlı deyil, əsasən təbii mühit, qidalanma və fiziki aktivlikdən irəli gəlir.

“Əsas diqqət edilməli məqam dini tələblərdir. İslam dinində ətin halal olması üçün kəsim zamanı “bismillah” deyilməsi və şəriət qaydalarına riayət olunması vacibdir. Monqolustan müsəlman ölkəsi olmadığı üçün orada kəsilən heyvanların böyük hissəsi bu tələblərə cavab vermir. Bu səbəbdən Monqolustan ətinin halal hesab olunması yalnız idxal zamanı təqdim edilən beynəlxalq sertifikatla mümkündür.

Soyuq zəncirə əməl olunması da mühüm amildir. Ət uzun məsafələrə daşındığı üçün dondurulma və saxlanma prosesində hər hansı pozuntu qoxu, dad və keyfiyyət dəyişikliklərinə səbəb ola bilər. Buna görə istehlakçılar idxal ətləri seçərkən həm sertifikasiyaya, həm də məhsulun vizual keyfiyyətinə diqqət etməlidirlər”.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Noyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri