Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bu üsullarla evdə ingilis dilinizi təkmilləşdirə bilərsiniz

Bu üsullarla evdə ingilis dilinizi təkmilləşdirə bilərsiniz

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yəqin ki, dəfələrlə ingilis dilini öyrənmək istəmisiniz, lakin düzgün vaxtı tapa bilməmisiniz. Bəzilərimiz iş səbəbilə, bəzilərimiz isə başqa səbəblərdən dolayı kursa getməyə vaxt tapa bilmirik. Bəs evdə hansı üsullarla ingilis dilini təkmişlləşdirmək olar? Birlikdə nəzər salaq:

1. Onlayn dərslərə qoşulun

Evdə ingilis dilini öyrənmək üçün edə biləcəyiniz ən asan şey onlayn təhsil almaqdır. Bunun üçün ingilis dili müəllimlərindən və ya tanıdığınız, ingilis dilini yaxşı bilən insanlardan kömək istəyə bilərsiniz. Qısa müddətə də olsa, mütəxəssislərdən təlim almaq tez bir zamanda inkişaf etmənizə kömək edəcək.

2. İstifadə etdiyiniz texnoloji cihazların dilini ingilis dilinə dəyişin

Texnologiya həyatımızın hər sahəsində iştirak edir. Buna görə də evdə ingilis dilini öyrənmək üçün smartfon və kompüter kimi texnoloji cihazlardan istifadə irəliləyiş əldə etməyə kömək edəcək. Smartfonlara və kompüterlərə sərf olunan vaxtı öz xeyrimizə çevirməyin müxtəlif yolları var. Bunun ən asan yolu cihazın dilini ingilis dilinə dəyişməkdir. Bu yolla siz bilmədiyiniz ingiliscə sözləri öyrənəcək və cihazınızdan istifadə etmək üçün onları yaddaqalan edəcəksiniz.

3. İngilis dilində mahnılarına qulaq asın

Evdə ingilis dilini öyrənmək üçün edə biləcəyiniz ən əyləncəli və ən asan üsul ingilis mahnılarını dinləməkdir. Mahnılara qulaq asanda istəmədən də olsa, sözləri əzbərləyirik. Məsələn, reklamlarda səslənən musiqini düşünək, istəməsək də, ağlımızdan çıxara bilmirik. Bunu xeyrimizə dəyişərək sevdiyimiz ingilis mahnılarına daimi qulaq asa bilərik. Bu bizə iki mənada fayda verəcək. Birincisi, yeni sözləri öyrənəcəyik, ikincisi, sözlərin necə tələffüz edildiyini eşidəcəyik.

4. Serial və ya filmlərə baxarkən azərbaycanca subtitrlərdən istifadə etməyin

Hamımız filmlərə və seriallara baxmağı sevirik. Bəs niyə bu vəziyyəti özümüz üçün üstünlüyə çevirməyək? Müəyyən səviyyədə ingilis dilini bilirsinizsə və altyazılı filmlərə baxarkən deyilənlərin çoxunu başa düşürsünüzsə, film və serialları izləyərkən altyazılardan istifadə etməyin. 

5. İngilis dilində gündəlik yazın

Bu üsul ingilis dilini evdə öyrənmək istəyənlərə deyil, ingilis dilini təkmilləşdirmək istəyənlər üçün əla üsuldur. Bir gündə nə etdiyinizi təsvir etmək üçün kifayət qədər ingilis dilini bilirsinizsə, gündəlik yazmaq və ya blog yazmaqla böyük irəliləyiş əldə edə bilərsiniz. 

6. Hər gün yeni sözlər öyrənin: Evinizdəki otaqların divarlarına ingiliscə yeni sözlər və onların mənaları ilə "post-it" qeydləri yapışdırın

Evdə ingilis dilini öyrənmək üçün edə biləcəyiniz ən sadə şey hər gün yeni sözlər öyrənməkdir. Yeni ingiliscə sözləri öyrənmək üçün qeydlər hazırlamaq və onları daim təkrarlamaq faydalı olacaq. İstəyirsinizsə, bunu notbuka, kompüterə və ya smartfona yazaraq edə bilərsiniz. Və ya öyrənmək istədiyiniz sözləri və mənalarını "post-it" kağızlarına yazıb evinizdəki otaqların divarlarına yapışdıra bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

7. Onlayn tanış olduğunuz insanlarla ingilis dilində söhbət edin

İngilis dilini təkmilləşdirməyin ən təsirli yolu daim danışmaqdır. Bu səbəbdən xarici dostlarla onlayn söhbət edərək yeni sözlər öyrənə və öyrəndiyiniz sözləri yaddaqalan edə bilərsiniz. Bu həm də məşq etmək üçün əla bir yoldur. Məşq etmək və yeni dostlar qazanmaq bir daşla iki quş vurmaq kimidir.

8. İngiliscə kitablar, jurnallar və ya qəzetlər oxuyun

Əgər oxumağı sevirsinizsə, evdə ingilis dilini öyrənmək üçün bu hobbidən istifadə edə bilərsiniz. İngilis dilində qəzet, kitab və ya jurnal oxumağa çalışın. İlk dəfə gördüyünüz sözləri qeyd edin və mənalarını araşdırın. Sonra bu sözləri əzbərləyin. Əvvəlcə oxumaqda çətinlik çəksəniz belə, daim təkrarlasanız, hər gün daha yaxşı oxumağa və anlamağa başlayacaqsınız.

9. Podkastlara qulaq asın

Podkastın təxminən 15-20 illik tarixçəsi olsa da, son bir neçə ildə məşhurlaşıb. İngilis dilində podkastlara qulaq asmaq dili öyrənmənizə böyük töhfə verəcək. Podkastları dinləməklə siz nəinki yeni sözlər öyrənə, həm də sözlərin necə tələffüz edildiyini anlaya bilərsiniz.

10. İngilis dilini təkmilləşdirmək üçün mobil proqramlardan istifadə edin

Evdə ingilis dilini öyrənmək üçün edə biləcəyiniz ən xoş şeylərdən biri də mobil proqramlardan istifadə etməkdir. Bunun üçün "Duolingo" kimi mobil proqramlardan istifadə edə bilərsiniz.

11. Mütləq lüğət alın

İngilis dilini evdə öyrənmək istəyən hər kəs mütləq lüğət almalıdır. Çünki lüğət oxumaq ingilis dilini öyrənməkdə çox faydalıdır. Bəzi lüğətlərdə sözlər misallarla verilir. Bu, yeni şeylər öyrənməyə və inkişaf etməyə imkan verir.

12. Sosial mediada ingiliscə məzmun paylaşan səhifələri izləyin

Hər gün sosial mediada saatlarla vaxt keçiririk və bundan həzz alırıq. Bəs, sosial mediaya baxarkən ingilis dilini öyrənməyə nə deyirsiniz? Əslində, bu olduqca asandır. Sizə maraqlı olan ingiliscə məzmunu paylaşan səhifələri izləmək və onların yazılarını oxumaq kifayətdir. Beləliklə, hər gün yeni sözlər və ifadələr öyrənə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://banco.az
archiveBu xəbər 15 Noyabr 2024 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri