Montelladan radikal qərar Onları əsas heyətdən çıxardı
Icma.az, Metbuat portalına istinadən məlumat verir.
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Paraqvayla keçiriləcək oyun öncəsi heyətdə dəyişikliklər etməyə hazırlaşır.
Metbuat.az xəbər verir ki, D qrupunda Avstraliyaya 0:2 hesabı ilə məğlub olan "ay-ulduzlular"ın texniki heyəti ilk görüşü təhlil etdikdən sonra oyun planında müəyyən düzəlişlər etmək qərarına gəlib. Bildirilir ki, Montella futbolçularından ötürmə səhvlərini minimuma endirməyi və müdafiədə daha diqqətli olmağı tələb edib.
Məlumata görə, Kenan Yıldız Paraqvayla qarşılaşmada start heyətində yer alacaq. Baş məşqçinin hücum xəttində isə Deniz Gülə şans verməyi düşündüyü qeyd olunur. Bu səbəbdən Kerem Aktürkoğlu və Barış Alper Yılmazın oyuna ehtiyat oyunçular skamyasından başlaya biləcəyi bildirilir.
Qeyd edək ki, Paraqvayla qarşılaşmanın nəticəsi Türkiyə millisinin qrupdakı taleyi baxımından həlledici əhəmiyyət daşıyır.
Baxış sayı:133
Bu xəbər 17 İyun 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















