Monteneqrolu nazir Azərbaycanın DOST konsepsiyası barədə məlumatlandırılıb VİDEO AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 20 noyabr, AZƏRTAC
COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olan Monteneqronun əmək, məşğulluq və sosial dialoq naziri Naida Nisiçin başçılıq etdiyi nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzində olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli nümayəndə heyətinə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının innovativ üstünlükləri və beynəlxalq uğurları barədə məlumat verib.
Qonaqlar DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Nümayəndə heyəti üçün DOST konsepsiyasına və sosial sahədə rəqəmsal xidmətlərə dair təqdimatlar edilib.
Monteneqro nümayəndə heyəti Cənubi Qafqazda ilk və ən böyük inklüziv məkan olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində də olub. Qeyd olunub ki, 2021-ci ilin oktyabrında açılışı olan mərkəz həssas əhali qruplarının yaradıcı potensialının inkişafı və cəmiyyətə təqdim olunmasına, onların sosial inteqrasiyasına mühüm dəstək verir. Burada benefisiarlar müxtəlif fəaliyyət istiqamətləri (rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma, tikmə, bədii oyma və s.) üzrə təlimlərdə iştirak edir, bacarıqlarını təkmilləşdirirlər.
Monteneqronun nümayəndə heyəti mərkəzdə yaradılan şəraitlə tanış olub, həssas əhali qruplarından olan şəxslərin təlim proseslərini izləyib, onların əl işlərinə baxıb. Mərkəzin İnklüziv Kamera Orkestrinin ifasında musiqi nömrəsi də təqdim edilib. N.Nisiç mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 20 Noyabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















