Icma.az
close
up
RU

Türkiyəli sahibkarlar Azərbaycanın investisiya imkanları haqqında məlumatlandırılıb AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İğdır, 28 dekabr, AZƏRTAC

Türkiyənin şərqindəki İğdır vilayətində Azərbaycanın investisiya imkanları mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin təşəbbüsü, İğdır valisi administrasiyasının dəstəyi ilə baş tutub.

Müzakirələrdə Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev, ölkəmizin Qarsdakı baş konsulu Zamin Əliyev, İğdır valisi Ercan Turan, qardaş ölkənin şərqində fəaliyyət göstərən onlarla iri şirkətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların, eləcə də Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla ehtiramla yad ediblər.

Sonra Azərbaycanın investisiya imkanlarına dair təqdimatlar olub.

Azərbaycanın Ticarət Nümayəndəliyinin nümayəndələri xarici investorlar üçün yeni imkanlar açan uğurlu iqtisadi islahatlardan danışıb, türkiyəli investorları maraqlandıran sualları cavablandırıblar.

Azərbaycanda biznesə dövlət dəstəyi və vergiqoyma sisteminə xüsusi diqqət yetirilib.

Azərbaycanın Qarsdakı baş konsulu Z.Əliyev qardaş ölkələr arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

“Azərbaycan və Türkiyənin regionları arasında iqtisadi əlaqələrin inkişafı ölkələrimiz arasında ticarət münasibətlərinin prioritet istiqamətlərindən birinə çevrilməlidir. Türkiyənin ayrı-ayrı vilayətləri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları arasında əlaqələrin qurulması vacibdir. Bu baxımdan qardaş ölkələrdən olan sahibkarların qarşılıqlı səfərlərinin təşkilini vacib hesab edirəm”, - deyə diplomat bildirib.

İğdır valisi E.Turan yüzlərlə türk şirkətinin Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyətindən danışıb. Onun sözlərinə görə, Türkiyədə qardaş ölkə ilə ticarət əlaqələrinin inkişafının vacibliyini yaxşı dərk edilir.

O, Zəngəzur dəhlizinin açılışını xüsusilə vacib adlandırıb, yeni marşrutun Orta Nəqliyyat Dəhlizinə güclü təkan, o cümlədən Türkiyənin şərq vilayətlərinin inkişafı üçün stimul olacağına əminliyini ifadə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

İğdır 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri