Monteneqronun baş məşqçisi: 90+1 ci dəqiqədə hesabı bərabərləşdirirsənsə, narazı qala bilməzsən
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Futbolçularımız bütün bacarıqlarını meydanda qoydular. Onlar cəsarətlə mübarizə aparır, təslim olmurdular". Sport24.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Monteneqro millisinin baş məşqçisi Mirko Mariç deyib.
O, Millətlər Liqasının 3-cü turu çərçivəsində baş tutan Azərbaycanla oyun barədə fikirlərini açıqlayıb:
"Çox təəssüflənirəm ki, bütün matçı buraxılan qoldan sonra oynadığımız kimi keçirmədik. Əgər 90 dəqiqə bu ritmdə oynasaydıq, qalib gələcəyimizə əminəm. Qol imkanlarına əsasən biz qələbəyə layiq idik. Amma əgər 90+1-ci dəqiqədə hesabı bərabərləşdirirsənsə, narazı qala bilməzsən. Biz hələ də 1-ci yer uğrunda mübarizə aparırıq. Bunun üçün lazım olan hər şeyi Litva ilə matçda etməyə çalışacağıq".
Qeyd edək ki, Monteneqro – Azərbaycan oyunu 1:1 hesabı ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 09 Aprel 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















