“Morgan Stanley” şirkətinin mənfəəti 58% artıb
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“Morgan Stanley” şirkətinin mənfəəti 58% artıb.
Banco.az xəbər verir ki, "Morgan Stanley" bu ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.
Hesabata əsasən, bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 58 faiz artaraq 5,6 milyard dollara yüksəlib. Müqayisə üçün qeyd edək ki, "Morgan Stanley" 2025-ci ilin ikinci rübündə 3,5 milyard dollar xalis mənfəət əldə etmişdi.
Bankın səhm üzrə mənfəəti də illik müqayisədə artıb. Belə ki, ötən ilin ikinci rübündə 2,13 dollar olan bu göstərici cari ilin eyni dövründə 3,46 dollara çatıb.
"Morgan Stanley"nin xalis gəliri isə ikinci rübdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artaraq 21,3 milyard dollara yüksəlib. Bankın xalis gəliri ötən ilin ikinci rübündə 16,8 milyard dollar təşkil etmişdi.
Həm xalis mənfəət, həm də xalis gəlir üzrə açıqlanan nəticələr bazar gözləntilərini üstələyib.
Bankın açıqlamasında bildirilib ki, ikinci rübdə əldə olunan gəlir və səhm üzrə mənfəət göstəriciləri rüblük əsasda rekord səviyyəyə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 16 İyul 2026 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















