Icma.az
close
up
RU
Moskva Ankara ilə razılaşdı: Ordu iki nöqtədə qalacaq, vahid xətt var

Moskva Ankara ilə razılaşdı: Ordu iki nöqtədə qalacaq, vahid xətt var

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“Suriyada cərəyan edən proseslər, şübhəsiz ki, regional siyasi nizama və vəziyyətə təsir göstərir. Bir sıra amillər nəzərə çarpır, özünü daha qabarıq şəkildə büruzə verir”.

Bu sözləri Globalinfo.az-a politoloq İlyas Hüseynov Suriyada baş verən son hadisələr fonunda Türkiyə-Rusiya münasibətlərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Ankara və Moskvanın iş birliyi, əməkdaşlığı, iqtisadi əlaqələri və geosiyasi baxımdan eynilik təşkil edən yanaşmaları kifayət qədər maraqlıdır:

“İlk baxışdan Suriyada hakimiyyət dəyişikliyi Rusiyanın maraqlarına təsir edən amil kimi qiymətləndirilirdi. Müxalif “Heyət Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əbu Məhəmməd əl-Colaninin açıqlamalarında da görünür ki, Rusiya hərbi bazasının iki nöqtədə qalması və Suriyanın ərazi bütövlüyü kontekstində Kremlin yanaşmaları kifayət qədər önəmlidir. Burada anti-Qərb siyasi xətti də özünü aydın şəkildə göstərir. Yaranmış vəziyyət Rusiya və Türkiyə arasındakı münasibətlərdə hər zaman vurğulanan rəqabət və strateji həmrəylik prizmasından qiymətləndirilməlidir.

Şübhəsiz ki, tarixən mövcud olmuş müharibələr, fikir ayrı-seçkilikləri, ziddiyyətlər bugünkü münasibətlərdə unudulmayıb. Lakin mövcud siyasi nizam hər iki dövlətin eyni rakursdan çıxışını təmin edib. Çünki qlobal inperializm, beynəlxalq şərtlərin diqtə olunması, dördüncü sənaye inqilabı, süni intelekt dövrü və  sosial şəbəkələr tamamilə başqa reallıqlar formalaşdırıb”.


İlyas Hüseynov

İ.Hüseynov deyib ki, Rusiyanın Qərbə qarşı Ukraynada müharibəsi, digər tərəfdən kürdlərin Türkiyəyə qarşı qızışdırılması Moskva ilə Ankaranı yaxınlaşdıran və vahid mövqedən çıxış etməyə sövq edən amillərdir:

“Bu baxımdan oxşar yanaşmalar, bənzər geopolitik vizionun Suriya ərazisində daha da inkişafını görürük. Rusiya Prezidenti Vladimir Putinin səssizliyi də onu deməyə əsas verir ki, rəsmi Moskva həqiqətən də geopilitik dəyişiklikləri sadəcə izləyir. Yaxud da hər şey razılaşdırılıb, nəzarət altındadır və bu prosesin sonunu gözləmək lazımdır”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri