Icma.az
close
up
RU
Moskva bu türk yurdunu qana sürükləyir

Moskva bu türk yurdunu qana sürükləyir

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Ankaranın Qaqauziyaya gözlənilən dəstəyi verməyəcəyi bəlli olandan sonra Rusiyadan muxtar quruma Moldovaya qarşı qvardiya yaradılması təklif edilib-səfirlik təkzib edir, amma...

Moldovanın Qaqauziya muxtariyyətində vəziyyət getdikcə daha təhlükəli siyasi mərhələyə keçir. Bir tərəfdən Kişinyov muxtariyyətin seçki, hüquq-mühafizə və dövlət idarəçiliyi sahəsində səlahiyyətlərini konstitusion çərçivədə məhdudlaşdırmağa çalışır, digər tərəfdən Komratda buna cavab olaraq mərkəzi hakimiyyətlə qarşıdurmanı dərinləşdirə biləcək təşəbbüslər meydana çıxır.Maraqlıdır ki, bu proses Türkiyənin Qaqauziya məsələsində mövqeyinin daha ehtiyatlı xarakter aldığı bir vaxtda baş verir.
Hurriyyet.media  “disinfo.md” saytına istinadən xəbər verir ki, Komratda mərkəzi Kişinyovun səlahiyyətlərinə meydan oxuya biləcək paralel strukturların yaradılması təklif olunur. Yada salaq ki, bu günlərdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini, deputat Kürşad Zorlu Kişinyov və Komrat səfəri zamanı Ankaranın Qaqauziyanı dəstəklədiyini, lakin bunun Moldova ilə qarşıdurma formasında olmayacağını açıq şəkildə göstərdi. Zorlu Qaqauziyanı türk dünyasının ayrılmaz hissəsi adlandırsa da, Türkiyənin Moldova ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı. Bu mesajın siyasi mənası kifayət qədər aydındır: Ankara Qaqauziyanı müdafiə etməkdən geri çəkilən kimi Moskva üçün manevr meydanı genişlənir.

Disinfo.md-nin yaydığı məlumata görə, Qaqauziya Xalq Məclisinin müzakirəsinə çıxarıla biləcək sənəddə muxtariyyət daxilində mərkəzi dövlət strukturlarına paralel bir sıra qurumların yaradılması təklif olunur. Söhbət, ilk növbədə, Qaqauziyanın öz gəlirlər xidmətinin yaradılmasından gedir. Layihəyə əsasən, yerli biznesdən toplanan vergi vəsaitlərinin Komratın nəzarətində olan xüsusi hesablara yönəldilməsi nəzərdə tutulur. Bununla yanaşı, muxtariyyət daxilində özünün “ictimai təhlükəsizlik bələdiyyə qvardiyası”nın yaradılması təklif edilir. Həmçinin Xalq Məclisinin regiondakı polis və İnformasiya və Təhlükəsizlik Xidmətinin rəhbərlərinin fəaliyyətinə nəzarət imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Seçki sistemində də ayrıca mexanizm təklif olunur. Qaqauziya Mərkəzi Seçki Komissiyasının yerinə muxtariyyətin seçki hüquqlarının müdafiəsi üzrə daimi komitənin yaradılması, Kişinyovun seçki qanunvericiliyinə birtərəfli dəyişikliklərinin bloklanması və belə dəyişikliklərin referendum və ya “xalq sorğusu” ilə təsdiqlənməsi ideyası irəli sürülür. Ən ciddi məqam isə məhkəmə sistemi ilə bağlıdır. Layihədə Qaqauziya Məhkəmə Şurasının yaradılması və muxtariyyətə aid məhkəmələrin ləğvinə və ya başqa yerə köçürülməsinə veto hüququ verilməsi təklif edilir.
Daha da irəli gedilərək, muxtariyyətin resurslarına toxunan və Xalq Məclisi ilə razılaşdırılmayan digər məhkəmələrin qərarlarının Qaqauziyada “tanınmaması” mexanizmi təklif olunur.

L
ayihənin ən sərt hissələrindən biri Moldova Konstitusiya Məhkəməsinin qərarları ilə bağlıdır. Sənəddə 14 aprel 2025-ci il tarixli 4 saylı və 9 iyul 2026-cı il tarixli 8 saylı qərarların “hüquqi cəhətdən etibarsız” elan edilməsi təklif olunur.
Layihənin Rusiya Federasiyasının Kişinyovdakı səfirliyindən Qaqauziya rəhbərliyinə ötürüldüyünü iddia edir. Nəşr bunu Moskvanın muxtariyyətdə siyasi proseslərə nəzarəti gücləndirmək və Qaqauziyadan Kişinyova təzyiq vasitəsi kimi istifadə etmək planının bir hissəsi kimi təqdim edir.
Lakin Rusiya tərəfi bu ittihamı qəti şəkildə rədd edib. Rusiya səfirliyi sənədin Qaqauziya rəhbərliyinə verilməsi barədə məlumatı “həqiqətə uyğun olmayan” iddia adlandırıb və Moskvanın Moldovanın daxili işlərinə qarışmadığını bildirib.
Amma siyasi mənzərə başqa bir sual doğurur: Rusiya bu təşəbbüsün müəllifi olmasa belə, yaranan qarşıdurmadan kim faydalana bilər? Cavabın Moskva olması ehtimalı kifayət qədər yüksəkdir. Çünki Qaqauziyada mərkəzi hakimiyyətlə qarşıdurmanın dərinləşməsi Moldova daxilində yeni siyasi parçalanma xətti yaradır. Bu isə Qərbə inteqrasiya edən Kişinyov üçün əlavə problem, Rusiya üçün isə təsir imkanlarının bərpası deməkdir...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Avqust 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri