Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...”

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...”

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 28 sentyabr, AZƏRTAC

Hər tərəfdən atəş səsləri gəlirdi. Murad Haqverdiyev və silahdaşları mühasirəyə düşmüşdülər. Qarşıda düşmən mövqelənmişdi, arxada isə geriyə yol qalmamışdı. Cəmi bir neçə saat əvvəl növbəti döyüş tapşırığını yerinə yetirmək üçün inamla irəliləyən xüsusi təyinatlılar, indi özləri ağır və çətin bir sınaqla qarşı-qarşıya idilər...

Belə ağır döyüş anlarını yaşayan xüsusi təyinatlılarımız 44 günlük Vətən müharibəsində böyük şücaət göstərdilər. Həmin müharibədə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstələrinin şərəfli döyüş yolu Füzulidən başlayaraq Şuşayadək uzandı.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəhrəmanlığı ilə dastan yazan həmin döyüşçülərdən biri də gizir Murad Haqverdiyev idi.

Murad Haqverdiyev 1991-ci ildə Laçın rayonunun Qorçu kəndində anadan olub. O, hələ körpə ikən doğma yurdu işğal edilib, ailəsi digər laçınlılar kimi ata-baba torpağından didərgin düşüb.

Onun uşaqlıq və məktəb illəri köçkün həyatı ilə keçib. Doğma kəndin yolları, evləri, dağları haqqında xatirələr ailə söhbətlərində yaşayıb.

Bəlkə də elə həmin illər onun seçimində mühüm rol oynayıb. Uşaqlıqdan hərb peşəsinə maraq göstərən Murad sonradan həyatını Daxili Qoşunların xüsusi təyinatlı dəstəsində xidmətə bağlayıb. Ən böyük arzusu isə bir gün doğma torpaqların azadlığı uğrunda döyüşmək olub. “Arzum idi ki, bir gün müharibə olsun və mən də doğma el-obamın işğaldan azad olunmasında iştirak edim”, – deyə Murad Haqverdiyev bildirir.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Muradın illərdir ürəyində yaşatdığı arzu gerçəyə çevrilir. Onun da daxil olduğu xüsusi təyinatlı dəstənin döyüş yolu Füzulidən başlayır. Qarşıda ağır döyüşlər, mürəkkəb relyef və böyük məsuliyyət vardı. Döyüşlər şiddətləndikcə dəstə müxtəlif istiqamətlərdə verilən tapşırıqları yerinə yetirərək irəliləyirdi.

Bu yolun ən ağır məqamlarından biri də mühasirəyə düşdükləri an olur. Çıxış yolu, demək olar ki, yox idi. Qarşıda düşmən, ətrafda atəş, hər an ölüm təhlükəsi…

Murad Haqverdiyev həmin anları belə xatırlayır:

“Biz mühasirəyə düşəndə dedik ki, görəsən, bu mühasirədən çıxıb növbəti döyüş tapşırıqlarını icra edə biləcəyikmi? Amma bizdə hər hansı qorxu hissi yox idi. Orada bizim bir hərbi qulluqçumuz, silahdaşımız şəhid oldu. Şəhidimizin nəşini gətirəndə onun üzərində balaca övladının şəklini gördük...”.

Ağır döyüşlər davam edir. Nəhayət, dəstə Laçın yoluna çatır. Qarşıda mühüm tapşırıq vardı – dəhliz nəzarət altına alınması idi: “Biz Laçın dəhlizinə çatmışdıq. Dəstə komandiri əmr verdi ki, Laçın dəhlizi tutulmalıdır. Şəhidlərimiz də olacaq, yaralılarımız da. Amma biz bu döyüş tapşırığını yerinə yetirməliyik”.

İrəli əmri verilir. Elə həmin anda düşmənin açdığı atəş nəticəsində dəstə komandiri ağır yaralanır. Lakin yaralanmasına baxmayaraq, komandir döyüşçülərə geri çəkilmək yox, irəliləmək işarəsi verir: “Ağır yaralanmasına baxmayaraq, bizə işarə ilə bildirdi: “İrəli, dayanmayın”.

Döyüşçülər tapşırığı yerinə yetirirlər. Laçın dəhlizi nəzarətə götürülür və xüsusi təyinatlılar bir neçə istiqamətdə mövqelənirlər. Bu mənzərənin Murad üçün başqa bir mənası da vardı. İllər əvvəl körpə ikən ailəsi ilə doğma yurdundan ayrılan həmin uşaq, indi Laçına aparan yolun üzərində idi.

Laçın dəhlizində verilən tapşırığın yerinə yetirilməsindən sonra xüsusi təyinatlı dəstə Şuşa istiqamətində hərəkət edir. Yol asan deyildi. Qarşıda yenə ağır döyüşlər vardı. Lakin döyüşçülər addım-addım irəliləyirdilər. Nəhayət, Murad Haqverdiyeyin də olduğu xüsusi təyinatlı dəstə Şuşaya daxil olur.

Şəhərdə növbəti tapşırığı gözləyən döyüşçülər üçün ən yaddaqalan anlardan biri isə burada qələbə xəbərini almaları olur. Döyüş meydanında keçən 44 günün gərginliyi, itkilərin ağrısı və uzun illərin həsrəti həmin xəbərlə birlikdə başqa bir duyğuya çevrilir – Zəfər sevincinə.

Muradın uşaqlıqdan ürəyində yaşatdığı arzu artıq gerçəkləşmişdi. “İndi mənim doğulub boya-başa çatdığım kənd azaddır”, - deyə qürurla bildirir.

Füzulidən Şuşayadək uzanan döyüş yolu qələbəyə olan inamla davam etdi. Sonda qarşıya qoyulan əsas məqsədə çatıldı, işğal altındakı torpaqlar azad edildi.

Murad Haqverdiyev üçün bu Zəfər həm də ikiqat anlamlı idi. Bir vaxtlar doğma kəndini yalnız ailəsinin danışdığı xatirələrdən tanıyan uşaq, indi həmin torpaqların azadlığı uğrunda döyüşmüş qalib əsgərdir.

Gizir Haqverdiyev “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Müxbir - Rəşad Türkoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2026 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri