Moskva Ermənistanı Aİ ilə bağlı illərdir xəbərdar edir KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya hökumətinin baş nazir müavini Aleksey Overçuk bildirib ki, Moskva uzun illərdir İrəvana Avropa İttifaqının artıq əvvəlki kimi yalnız iqtisadi inteqrasiya birliyi olmadığını çatdırır.
KONKRET.az xəbər verir ki, Overçuk qeyd edib ki, bu məsələ ilə bağlı Ermənistan tərəfinə dəfələrlə xəbərdarlıq edilib, lakin müzakirələr əsasən qapalı formatda aparılıb və ictimaiyyətə açıqlanmayıb.
Onun sözlərinə görə, bu gün Avropa İttifaqı artıq sadəcə iqtisadi inteqrasiya qurumu deyil, faktiki olaraq hərbi-siyasi ittifaqa çevrilib və Rusiyaya qarşı düşmən münasibətini açıq şəkildə nümayiş etdirir.
Overçuk əlavə edib ki, Moskva bu mövqeyi erməni tərəfdaşlarının diqqətinə çatdırmaqda davam edir və onları atdıqları addımların nəticələri barədə düşünməyə çağırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 07 İyun 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















