Rəsmi Moskva Ermənistanı Aİİ və Aİ arasında seçimlə bağlı qərar verməyə çağırıb
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Eyni anda həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa İttifaqı kimi fərqli mövqelərə malik qurumlara üzvlük mümkün deyil. Lakin son qərarı məhz Ermənistan verməlidir.
APA RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
O, Avrasiya İqtisadi İttifaqını Avropa İttifaqından fərqli olaraq bərabərhüquqlu dövlətlərin birliyi adlandırıb. Mixail Qaluzin deyib ki, Aİ Brüsseldəki bürokratların Rusiya əleyhinə verdiyi qərarlar çərçivəsində fəaliyyət göstərir:
“Hansı tərəfdə olmaqla bağlı son qərarı Ermənistan verməlidir. Ümid edirik ki, Avrasiya İqtisadi İttifaqına üzvlüyün qazandıracağı üstünlüklər izah ediləcək. Bu, əhalidə obyektiv təsəvvürün yaranmasına imkan verəcək”.
Mixail Qaluzin sonda Ermənistanın öz inkişaf vektorunu sərbəst şəkildə seçə bilən suveren dövlət olduğunu qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 03 Aprel 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















