Icma.az
close
up
RU
Moskva imperiya hökmranlığını nümayiş etdirdi : Bakı dilemma qarşısında

Moskva imperiya hökmranlığını nümayiş etdirdi : Bakı dilemma qarşısında

Azpost saytına istinadən Icma.az xəbər verir.

“İmperiya-Azərbaycan münaqişəsi rus xalqı, onun dili və ya mədəniyyəti ilə deyil, onun siyasi elitası və imperiya ideologiyasının daşıyıcıları ilə baş verir və sabitləşməyə meyllidir“.

AzPost bildirir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Moskva-Bakı münasibətlərini şərh edərkən yazıb.

Onun sözlərinə görə, tərəflər arasında “barışığa” işarə edən vizual siyasi hadisələr olmayacaq: “Şəxslərarası ünsiyyət qaydalarına xas olan üzrxahlıq, peşmançılıq və ya buna bənzər bir şey görməyəcəyik. Mövzu tədricən aktuallığını itirəcək və xəbər lentlərindəki digər hadisələrə yerini verəcək”.

T.Zülfüqarovun fikrincə, lakin bu o demək deyil ki, Moskvada və ya Bakıda baş verənlərdən çıxan dərslərə məhəl qoymayacaqlar.

“Onları qısaca necə formalaşdırmaq olar:
– Bakı dilemmanı aydın şəkildə ortaya qoydu: Ya Moskvadan uzaqlaşmaq, ya da hörmətli qonşuluq qaydalarına qeyd-şərtsiz riayət etmək;
– Moskva imperiya hökmranlığı naminə qarşılıqlı strateji fəaliyyətdən imtina etməyə hazır olduğunu nümayiş etdirdi.
-Hər iki paytaxt  bəyan etdi ki, qarşıdurma və ya onun dərinləşməsi heç bir tərəfin maraqlarına uyğun deyil.
Güman etmək lazımdır ki, müəyyən müddət ərzində kommunikasiyalar protokol və diplomatik prosedurlarla məhdudlaşacaq və xüsusi xidmət orqanları müvafiq olaraq müxtəlif növ “təsir agentləri”nin fəaliyyətini bloklayacaqlar.
Beləliklə, biz münasibətlərin soyuduğu bir dövr yaşayırıq. Əgər bu, “soyuq müharibə”yə çevrilməsə, gərginliyin zəiflədilməsi yaxud “yenindənyüklənmə” çox vaxt aparmayacaq. Təbii ki, söhbət günlərdən yox, aylardan gedir”.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://azpost.info
archiveBu xəbər 07 İyul 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri