Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Süni intellekt Avstraliya hökumətinə sızdı

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Ermənistan yenidən dilemma qarşısında...

Ermənistan yenidən dilemma qarşısında...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kremlin referendum israrı Paşinyan üçün çəmbəri daraldır

Ermənistanda baş tutan sonuncu parlament seçkiləri onsuz da gərgin olan Moskva - İrəvan münasibətlərini yeni bir mərhələyə daşıyıb. Seçkidən öncə, aprelin ayının 1-də baş tutan Putin-Paşinyan görüşü siyasi kuluarlarda “yumşaq güc nümayişi” kimi xarakterizə olunurdusa, Kremlin rəhbərinə İrəvandan edilən son telefon zəngi birincilərin ultimativ jesti ilə müşayiət olunub. Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı iki ölkə arasındakı iqtisadi münasibətlərdəki problemlər müzakirə edilsə də, əsas müzakirə predmeti ortadakı gərginliklərdir. Aprelin 1-də keçirilən görüş zamanı Putin yumşaq şəkildə Paşinyanı “Aİİ, yoxsa Aİ?” sualına cavab tapmasını təklif edirdisə, bu dəfə artıq praktik sərt qadağalara əl atılır. Telefon danışığı zamanı N.Paşinyan vurğulayıb ki, erməni mənşəli malların Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlər Ermənistan-Rusiya hüquqi bazasına və Avrasiya İqtisadi İttifaqının müddəalarına ziddir. O, həmçinin bu məsələlərin həlli üçün tədbirlər görməyə çağırıb.

Bundan əlavə, Paşinyan Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi məsələsinə də toxunub: “Referendumun keçirilməsi Ermənistanın Aİ-yə üzvlük üçün rəsmi müraciət təqdim etməsindən sonra mümkün olacaq”.

Bununla yanaşı, Kremlin mətbuat xidməti bildirib ki, telefon danışığı zamanı “Ermənistanda mümkün qədər qısa müddətdə Aİ-yə daxil olmaq və ya bundan sonra da Avrasiya İqtisadi Birliyinin tərkibində qalmaq barədə ümumxalq referendumunun keçirilməsi zərurəti vurğulanıb”.

Qadağalar sərtləşdirilir...

Qeyd edək ki, son aylarda Rusiyanın Ermənistandan idxal olunan müxtəlif məhsullara (gül, konyak, su, meyvə-tərəvəz və s.) qadağa qoyması erməni iş adamları və hökumətinin iqtisadi sıxıntı yaşamasına səbəb olub. İyulun 14-dən 21-dək Ermənistanda təftiş aparan “Rosselxoznadzor” müfəttişləri iyulun 27-dən etibarən Ermənistandan süd məhsullarının ixracına tam qadağa qoyub. Xatırladaq ki, Ermənistanın bəzi şirkətlərinə 2023-cü ildə qoyulan qadağanın 2026-cı ilin aprel ayında ləğv edilməsindən cəmi 3 ay sonra verilən bu qərar ciddi sıxıntılara səbəb olub. Avropada heç bir rəqabət gücü olmayan, Asiya bazarlarına isə çıxışı aylarla sürən mürəkkəb logistika tələb edən, tez xarab olan pendir və süd məhsullarının Rusiya bazarına buraxılmaması Ermənistanın aqrar sektoru üçün ciddi zərbədir. Bu qadağadan Rusiya istehlakçıları zərər görmür - alternativ olaraq Belarus süd məhsulları Ermənistandan ixracı əvəzləyir. İrəvan üçün isə bu qərar həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) vahid bazar prinsiplərinin pozulması deməkdir. Məhz bu soyuq diplomatik və iqtisadi təzyiq mühitində Paşinyanın öz təşəbbüsü ilə Kremlə zəng vurması İrəvanın ciddi asılılıqdan əziyyət çəkməsinin göstəricisidir.

İqtisadi rəqəmlər, yoxsa siyasi iddialar?

Mütəxəssislər hazırda Ermənistanın Aİİ-dən çıxışının ölkəyə olduqca böyük iqtisadi kəsir yarada biləcəyini proqnozlaşdırır. Qeyd edək ki, 2025-ci ildə Ermənistan Aİİ ölkələrinə 3,2 milyard dollardan çox mal ixrac edib və bu ixracın əksəriyyəti Rusiyaya eksport edilib. Rusiyanın Ermənistandakı ticarət nümayəndəsi Sergey Solomin bu ilin fevralında İrəvanda Qorçakov Fondu tərəfindən təşkil edilən “Avrasiya Dialoqu. Ermənistan” Beynəlxalq Analitik Proqramı zamanı bildirib ki, 2025-ci ilin nəticələrinə əsasən, əminliklə demək olar ki, Avrasiya istiqaməti Ermənistanın xarici iqtisadi əlaqələrində əsası olaraq qalıb. Ölkənin ümumi xarici ticarət dövriyyəsi 21 milyard dolları keçib ki, bunun 8,2 milyard dolları Aİİ üzv dövlətləri ilə olub.” - Solomin qeyd edib.

Bu ilin ilk 5 ayının göstəricilərinə gəldikdə isə, Ermənistan Respublikası Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında Ermənistanın xarici və qarşılıqlı ticarət dövriyyəsi 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə 0,1 faiz azalaraq 7 864 716,4 min dollara çatıb. Xarici ticarət dövriyyəsi hesabat dövrü üçün Aİİ ilə 2,338,073,3 min dollar (19 faiz azalma), MDB ölkələri ilə 2,456,164,2 min dollar (17,1 faiz azalma) olub. Maraqlıdır ki, bunun qarşılığında ilin ilk 5 ayında həm Aİ ilə (1,355,131,6 min dollar və ya 45,2 faiz artım), həm də ayrı-ayrı Aİ ölkələri üzrə (Almaniya 33,9 faiz, İtaliya  16 dəfə, Belçika 2,1 dəfə, Fransa  35,5 dəfə artım) göstəricilərdə müsbət saldo müşahidə edilib.

İxraca gəldikdə isə, Ermənistanın 2026-cı ilin yanvar-may aylarında ixracı 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə 3.7 faiz azalıb. Bu göstəricidə də Aİİ ən çox azalmaya məruz qalan tərəfdir - 3.8 faiz. MDB ölkələri ilə  2.3 faiz azalma müşahidə olunub. Rusiya ilə bağlı bu rəqəm 1.031.051.6 min dollar və ya 3 faiz civarındadır.

Bunun qarşılığında Aİ ölkələrinə ixracın həcmi artıb  - 92,7 faiz. Almaniya ilə 2,4 faiz, İtaliya ilə 33,3 faiz artım mövcuddur.

İdxalın həcmində də Aİİ ölkələri azalma tendensiyası ilə müşayiət olunur. Rəqəm 28 faiz enib. MDB ölkələri ilə də vəziyyət analojidir -  25,6 faiz  azalma qeydə alınıb. İdxalda da Aİ üzrə rəqəmlər artıb - 25,9 faiz.

Göstəricilər hazırda Aİ xeyrinə dəyişsə də, Ermənistanın iqtisadi yönünü daha tez dəyişmə imkanı məhduddur. İqtisadi ekspertlərin fikrincə, Aİ-dən idxal olunan məhsulların qiymətləri daha yüksək olduğu üçün alıcılıq qabiliyyəti əsasən Aİİ ölkələri məhsulları üzrə daha yüksəkdir.  

Rusiya tələsdirir...

Amma deyəsən İrəvan üçün seçim anı yaxınlaşıb. Veriləcək qərar haqqında soyuq başla düşünmək gərəkir - Ermənistanda referendum keçirilsə və Aİ-yə üstünlük verilsə, Moskva dərhal ucuz qaz və gömrüksüz ticarət imtiyazlarını ləğv edəcək. Bu isə Ermənistanın iqtisadi fiaskosu deməkdir. Təsadüfi deyil ki, telefon danışığı zamanı Rusiya Prezidenti  Aİİ-nin 29 may Astana sammitində dörd liderin (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan) qəbul etdiyi birgə bəyanata istinad edərək Kremlin Paşinyandan Aİ referendumunun keçirilmə vaxtını təcili dəqiqləşdirməyi tələb etməsi, Moskvanın Ermənistanın Aİİ-dən mümkün çıxış prosesinə qabaqcadan mane olmaq və İrəvanı siyasi küncə sıxışdırmaq istəyindən xəbər verir. Moskva yaxşı anlayır ki, İrəvanın Aİ ilə yaxınlaşması təkcə siyasi bəyanatlarla kifayətlənməyəcək, gec-tez Aİİ-dən imtina ilə nəticələnəcək. Bu səbəbdən Kreml referendum tələbini vaxtından əvvəl masaya qoymaqla Paşinyan hökumətini hələ iqtisadi və təhlükəsizlik baxımından tam hazır olmadığı bir reallıqda “ya Aİ, ya Aİİ” seçimi etməyə məcbur edir.

SADİQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 İyul 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see273

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see241

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see240

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see234

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see232

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see224

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see223

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see222

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see205

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see202

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see202

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see201

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see199

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see197

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see196

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see191

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see185

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see181

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see178

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri