Icma.az
close
up
RU
Ermənistan dilemma qarşısında..

Ermənistan dilemma qarşısında..

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ya sülh imzalayıb faktiki müstəqillik əldə etməli, ya da...

İrəvanda seçkiqabağı revanşistlərin “düyməsi”nə basıldı

Cənubi Qafqazda sabitlik, sülh və inkişaf dövrü formalaşdıran Azərbaycan son 5 ildə bu istiqamətdə fundamental addımlarla yadda qalıb. Qalib ölkə olmasına baxmayaraq, Azərbaycan 2022-ci ildən etibarən sülh təşəbbüsləri irəli sürməkdədir - son iki ildə isə bu təşəbbüslər mühüm nəticələr verməkdədir. Artıq sülh sənədinin bütün müddəaları tam razılaşdırılıb - 17 bənd üzrə sənəd hazırdır. Bundan başqa,  ötən ilin aprelində 13 kilometrlik ərazidə delimitasiya və demarkasiya işləri həyata keçirildi və beləliklə, prosesə start verildi - Azərbaycanın 4 kəndi boşaldıldı. Artıq sülh üçün cəmi “iki” addım qalıb: birinci “addım” Ermənistan Konstitusiyasının dəyişilməsi, ölkəmizə qarşı qondarma, əsassız ərazi iddialarının aradan qaldırılması, ikinci “addım” isə rəsmi İrəvanın ATƏT-in fəaliyyətsiz Minsk Qrupunun ləğvi ilə bağlı müraciətidir. Qeyd edək ki, Ermənsitanın siyasi rəhbərliyi zaman-zaman yeni Konstitusiya layihəsinin hazırlanması ilə bağlı açıqlamalar veriblər, eyni zamanda, ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı müraciət haqqında danışıblar. Amma bütün hallarda “oxlar” 2026-cı ilə tuşlanır. Ermənistan siyasi rəhbərliyinin məntiqinə əsaslanılsa, gələn il üçün nəzərdə tutulan parlament seçkiləri həm də sülh üçün əsaslı addımların atılmasına zəmin yaradacaq.

“Qərb” yolu, yoxsa Fransanın “əlaltısı”...

Amma gələn ilin parlament seçkiləri heç də sabit məcrada inkişaf etməyə bilər - ölkədə baş verənlər onu göstərir ki, Ermənistandakı siyasi böhran hələ də tam sona çatmayıb. Özünün müstəqil siyasi xətti olmayan İrəvan hələ də “seçim” axtarışındadır - amma bu seçkinin nəticəsini deyəsən, heç də “seçicilər” müəyyənləşdirməyəcək.

Hazırda ölkədə iki bir-birinə “zidd siyasi qütblər” formalaşıb - hakimiyyətin timsalında “qərbpərəst” adlandırılan qrup və köhnə komandanın fonunda “revanşist” adlanan qüvvələr. Birincilərin son illərdə apardığı siyasət sırf “Qərbə inteqrasiya” adı altında təbliğ olunsa da, əslində, fərqli statusla izah edilir:

- “Qərb” adı altında özünü Fransanın “əlaltısı” kimi aparan hazırkı siyasi rəhbərlik məhz Parisin diktəsi ilə hərəkət edir;

- Bayden-Blinken administrasiyasının qeyri-adekvat, antisülh siyasətinə “baş əyərək” ötən il ərzində bölgədə siyasi sabitliyin formalaşmasına qarşı cəbhə almışdı;

- Aİ-nin “müşahidə missiyası” adı altında regionda fərqli maraqların hərəkətlənməsini təmin edirdi.

Amma bununla belə, sülhlə bağlı fikirləri və son situasiya hazırkı hakim komandanı “özünə” gətirmiş kimi görünür - artıq, ABŞ-ın keçmiş administrasiyası ilə bağlanan “xartiya” xatırlanmır, Azərbaycanın qətiyyəti sayəsində Fransa bölgəyə təsir imkanlarını tam itirib, Aİ “missiyası”nın gələcəyi isə demək olar ki, həll edilib.

Revanşizm xəstəliyinin daşıyıcıları...

Amma eyni sözləri qarşı düşərgə - revanşistlər haqqında demək mümkün deyil. Açıq aşkar fərqli güclərin təlimatları əsasında özünün hərəkət trayektoriyasını quran revanşistlərin lideri qismində isə məqsədli şəkildə “dirildilən” Ermənistanın ikinci prezidenti Robert Köçəryandır. Son dövrlərdə bu qüvvələrin aktivləşməsi nəzərə çarpır ki, bu da əbəs yerə deyil.

Vurğulayaq ki, revanşist cəbhənin özü də bircins deyil - buraya Sarkisyan-Köçəryan qruplaşması, Ter-Petrosyan komandası və kilsə daxildir. Bu qrupların hərəsi ayrı-ayrılıqda fərqli baxışlara malik olsalar da, özlərinin bağlı olduqları ünvan eynidir. Bu baxımdan, onların bir “işarə”  ilə birləşmə perspektivi hər zaman açıqdır. Son dövrlərdə sülh prosesinin kifayət qədər irəliləməsi, xüsusilə, Tiranada baş nazir Paşinyan ilə Prezident İlham Əliyevin fikir mübadiləsi aparması onları yenidən fəallaşmağa məcbur edib. Bu mənada, Köçəryanın fəallığı daha çox diqqəti cəlb edir - o, yenidən gündəmə gəlmək üçün, açıqlamalar verir, sülhü gözdən salmağa çalışır, insanları səhv yola sürükləyir.

Bu dəfə oğul Köçəryan iş başındadır

Paralel olaraq, Köçəryan özünün və ya ortağı Sarkisyanın siyasi ambisiyalarını həyata keçirmək imkanında olmadıqlarını anlayır. Onların hakimiyyəti dövründə baş verənlərdən sonra cəmiyyətin səsini qazanmaq mümkün deyil. Məhz bu baxımdan, “revanşist” komanda və havadarları yeni ssenari üzərində işləyir. Vətən müharibəsindən sonrakı müddətdə xüsusilə, antiterror tədbirlərindən sonra Paşinyana qarşı təbliğatda daha çox oğlunun siyasi siluetindən istifadə edən Köçəryan yenidən bu vasitəyə əl atır. Məsələn, bir neçə gün öncə Ermənistan parlamentində vitse-spiker Akop Arşakyan ilə Levon Köçəryan arasında mübahisə baş verib - münaqişə hətta deputatlar arasında davaya çevrilib. Robert Köçəryanın oğlu çıxışı zamanı Nikol Paşinyan və Alen Simonyanın fikirlərini xatırladıb və onları təhqir kimi qiymətləndirib. “Qoy Alen Simonyan ehtiyatlı olsun və bilsin ki, mən onu yerindən tullayanda bu, ona çox ağrılı olacaq”, - deyə L. Köçəryan bildirib. Köçəryanın sözlərinə qəzəblənən Arşakyan emosiyalarını cilovlaya bilməyib. “Ey, Levon, yerini bil! Otur yerində və sənə deyilənə qulaq as! Barmağını mənə tərəf uzatma!” - deyə o qışqırıb. Arşakyan daha sonra Köçəryanı zaldan qovacağı ilə hədələyərək onun yerinə oturmasını tələb edib.

Göründüyü kimi, artıq seçkilərə bir ildən də az müddət qaldığı bir zamanda vəziyyət tam radikal hal alıb. Levonun məhz atasının havadarlarının diqtəsi ilə bu sözləri bildirməsi təsadüfi deyil. Demək ki, artıq “düyməyə” basılıb və Ermənistan qısa zamanda özünün gələcəyi ilə bağlı soyuq başla qərar verməsə, onları heç də yaxşı perspektiv gözləmir.

Sülh müstəqillik vəd edir...

Yaranan paradoksal vəziyyət isə bir həqiqəti ortaya qoyur - Ermənistanın özünün siyasi yolu, istiqaməti və hədəfləri mövcud deyil. Bir gün Şimala, bir gün Qərbə yarınmaq üçün “hərəkətə” keçənlər isə yalnız lokal və korporativ maraqlar üçün səfərbər olur. Halbuki, Azərbaycanın təklif etdiyi yol - sülhün imzalanması, Ermənistan üçün həm də siyasi müstəqillik vəd edir. Bu ölkənin vassalıqdan xilas olaraq özü üçün yeni bir inkişaf trayektoriyası formalaşdırması, nəhayət, region üçün təhdid yaratmaması üçün sülh sənədi imzalanmalıdır. Əks halda, müstəqil yolu, müstəqil siyasəti olmayan bu dövlət bütövlükdə, Cənubi Qafqazın inkişafına ziyan vura bilər.

SADİQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 May 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see286

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

27 İyul 2026 17:21see255

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see246

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see241

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see239

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see238

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see231

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

27 İyul 2026 16:49see230

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see223

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see220

Cinsi əlaqədən sonra qanaxma nə zaman normal sayılmır?

27 İyul 2026 23:22see220

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see205

Gecə yarısı oyanmaq normaldırmı?

27 İyul 2026 23:17see200

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

28 İyul 2026 09:05see192

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see191

Anqolalı vinger “İmişli”də

27 İyul 2026 22:21see188

Qobustanda yeni avtomobil körpüsü tikildi

27 İyul 2026 21:02see186

“Fənərbaxça”dan Leao üçün rəsmi addım

28 İyul 2026 00:21see182

“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib

27 İyul 2026 16:40see180

Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!

27 İyul 2026 20:44see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri