Icma.az
close
up
RU
Moskva rus ayısının jestləri ilə davranır Qulu Məhərrəmli

Moskva rus ayısının jestləri ilə davranır Qulu Məhərrəmli

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Həqiqətən, son dövrlərdə Rusiyanın mətbuat orqanlarında, bəzi televiziya və radio verilişlərində Azərbaycan əleyhinə, onun görkəmli şəxsiyyətləri, Azərbaycan mədəniyyəti əleyhinə o qədər belə əcaib tənqidlər, iftiralar söylənilir ki, heyran olursan ki, hansı sağlam ağılla bu cür hərəkətlər etmək mümkündür. Ümumiyyətlə, zaman-zaman Rusiyada bu cür dalğavari Azərbaycan əleyhinə hücumlar olur".

Bu sözləri Redaktor.az-a açıqlamasında  Bakı Dövlət Universitetinin professoru, televiziya tənqidçisi Qulu Məhərrəmli Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləməsindən danışarkən bildirdi.

Onun sözlərinə görə, Rusiya aqoniya vəziyyətinə düşdükcə, onun özünüqoruma instinkti zəiflədikcə, Ukrayna tərəfdən təzyiqlər artdıqca, hərb meydanında Rusiyanın uğursuzluqları çoxaldıqca, Rusiyanın idarəçilərinin və Rusiya mətbuatının da sanki sinirləri gərilir. Bu cür Azərbaycan, Ermənistan əleyhinə, lap türk xalqları əleyhinə, bəzən Türkiyə əleyhinə belə ağlasığmaz yazılar dərc edirlər.

"Azərbaycan Rusiya ilə münasibətlərini normal şəkildə saxlamağa çalışır. Təyyarə böhranından sonra, əlbəttə, bu münasibətlər ciddi şəkildə sınağa çəkildi. Amma bununla yanaşı, Azərbaycan bu şəraitdə də soyuqqanlı, ağılla, siyasətlə bu məsələləri həll etməyə çalışır. Amma sözün həqiqi mənasında Moskva rus ayısının jestləri ilə davranır. Özünü hələ də böyük imperiya hesab edir, digər xalqlara yuxarıdan-aşağı baxır, müstəqil siyasət yürüdənlərə qarşı qəzəbli olur. Bütün bunların hamısı ölkənin siyasətindəki ciddi böhranların olduğunu göstərir. Mətbuat Şurası da bəyanatla bütün bunları özündə akkumulyasiya edib və çox soyuqqanlı, əsaslı, təkzibedilməz sübutlarla dolu olan bir bəyanat imzalayıb".

Həmsöhbətimiz hesab edir ki, Rusiyada, Rusiya mətbuatındakı sağlam düşüncəli insanlar hər halda bu müraciətin ruhunu düzgün anlayacaqlar:

"Ölkələrarası münasibətlər, əlbəttə, mətbuat münasibətindən keçmir. Bunlar müəyyən ənənələrə, maraqlara əsaslanır və Azərbaycanla da Rusiyanı yaxın əlaqələrdən, dostluqdan başqa heç bir əlavə münasibətlər orbitinə çəkmək mümkün deyil".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Avqust 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri