Icma.az
close
up
RU
Moskva sizi Yeni il möcüzələri dünyasına səyahətə dəvət edir (FOTO)

Moskva sizi Yeni il möcüzələri dünyasına səyahətə dəvət edir (FOTO)

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-cü il dekabrın 12-dən 2026-cü il yanvarın 11-dək Moskva şəhərində "Milad bayramına səyahət” adlı ənənəvi festival keçiriləcək. Bu günlərdə Rusiya paytaxtı yenidən ənənələrin, sevimli nağılların və bayram sürprizlərinin canlandığı böyük qış səhnəsinə çevriləcək. "Moskvada qış” layihəsinin bir hissəsi olacaq festival bir ay ərzində Moskvanı qışın əsas bayramının sehrli atmosferinə qərq edəcək. Hazırlanan un məmulatlarının ətri, küçələri bəzəyəcək işıqların parıltısı paytaxtın hər rayonunu müxtəlif ölkələrdən gələn qonaqlar üçün özəl bayram hekayəsinə çevirəcək. 

Manej meydanı bu il hər kəsi "Yeni il ağacı oyuncaqlarının şəhəri” ilə heyrətləndirəcək. Burada XX əsrin əvvəllərinin pambıq oyuncaqlarının estetikasından ilhamlanaraq hazırlanmış qeyri-adi yarmarka təşkil ediləcək. Yarmarkada təkcə Yeni ilin əsas qəhrəmanları - Şaxta Baba və Qar qızı deyil, həm də onlarla digər vintaj nağıl personajlarını görə bilcəksiniz. Hər kəs sanki köhnə Yeni il sandığından yenicə çıxarılmış dekorasiyalarla şəkillər çəkdirə, nağıl süjetli qısa tamaşalarda iştirak edə, sovet dövründə keçirilən Yeni il bayramlarının ənənəvi yeməklərini dada biləcək.

Tver meydanında qonaqları Moskvaya həsr olunmuş dekorasiyalar gözləyir. Burada yerli sənətkarlar tərəfindən düzəldilmiş səkkiz metrlik Yeni il ağacı ucalır. Ağac əl ilə çəkilmiş naxışları olan 90 və 70 sm ölçüsündə kürələr, həmçinin 70 sm uzunluğunda nəhəng qızılı sırsıralarla bəzədilib. Böyük Teatrın, Xalq təsərrüfatı nailiyyətləri sərgisinin pavilyonlarının və Kreml qüllələrinin siluetləri isə sadəcə bayram instalyasiyaları kimi görünmür, şəhərin canlı tarixini əks etdirir. Zərif qızılı işıqlanması olan bu miniatür memarlıq simvolları əsl Yeni il sehrinin atmosferini yaradacaq və Moskvaya təkcə turist kimi ilə baxmağa deyil, həm də özünüzü böyük və bayram əhvali-ruhiyyəli meqapolisin bir hissəsi kimi hiss etməyə imkan verəcək. 

Bayram günlərində paytaxtın əsas görməli yerlərindən biri olacaq Manej meydanında hündürlüyü 22 metr olan təbii küknar ağacı (hündürlüyünə görə yalnız Kreml küknarından geri qalır) quraşdırılıb. Bu il ağac qədim rus oyuncaqlarının üslubunda bəzədilib. Bunun üçün on mindən çox oyuncaqdan və beş kilometr uzunluğunda işıqlardan istifadə olunub. Sənətkarlar Moskva rəssamlarının eksklüziv eskizləri əsasında yüzlərlə rəngli kürələr hazırlayıblar. Kürələrin üzərində Milad süjetləri, nağıl personajları və bayram şənliklərinin səhnələri canlanır. Kompozisiyanı ipək bayraqlar, qızılı və gümüşü sırsıralar, pambıqdan hazırlanmış insan fiqurları, gözəl kostyumlu qırmızıyanaq gəlinciklər tamamlayır. Bütün bunlar küknarı sehrli bayramın əsl canlı illüstrasiyasına çevirir.

Festivalın gənc ziyarətçiləri metal bəzəklərin döyülməsindən şüşə stəkanların naxışlarla bəzədilməsi, şamların və sovet Yeni il ağacı oyuncaqlarının hazırlanmasına qədər çoxsaylı master-klaslarda iştirak edə biləcəklər. Kiçik qonaqlar üçün Yeni il kulinariya studiyaları fəaliyyət göstərəcək. Məşhur Rusiya nağıllarının motivləri əsasında səhnələşdirilmiş çoxsaylı teatr tamaşaları qonaqları heyrətləndirəcək. Aktiv istirahət həvəskarlarını idman meydançaları, körlinq məktəbi və "Qu gölü”, "Ağbəniz”, "12 ay” və digər qış nağılları əsasında 170-dən çox bayram buz şousu gözləyir. "Arzulanan hədiyyənin arxasınca səyahət” kvesti isə qonaqları Rusiyanın müxtəlif bölgələrinin ənənələri ilə tanış edəcək. Kvestin iştirakçıları səyahətçi pasportunda möhürlər toplayacaq və onları hədiyyələrə dəyişə biləcəklər. 

Buradan heç kim xoş təəssüratsız, suvenirsiz və yeni qastronomik təcrübə yaşamadan getməyəcək. Festival Moskvanın bayram məkanlarını birləşdirəcək: Tver bulvarında və Mərkəzi Moskva Univermağının yaxınlığında özəl Yeni il ağacı sərgiləri, həmçinin keramik məmulatlar, müəllif suvenirlər, ətirli çaylar və rus mətbəxinin yeməklərini tapa biləcəyiniz yarmarkalar. Festivalın qastronomik müxtəlifliyi ənənəvi rus yeməkləri və təzə hazırlanmış un məmulatları ilə yanaşı, müəllif delikatesləri, ətirli içkiləri və xüsusi qril menyusu ilə heyranlıq doğuracaq. "Xeyirxah Yeni il ağacı” adlı xeyriyyə aksiyası dəstəyə xüsusilə ehtiyacı olanların Yeni il arzularını gerçəkləşdirməyə kömək edəcək. Bunun üçün bayram Yeni il ağaclarından birində istəyi seçmək və QR-kodu skan etmək kifayətdir.

"Milad bayramına səyahət” festivalı paytaxtın hər yaşdan olan sakinləri və qonaqları üçün ənənələri, müasir mədəniyyəti və Yeni il möcüzəsinin atmosferini özündə birləşdirən "Moskvada qış” layihəsinin əsas hadisəsi olacaq. Ecazkar festival, ailəvi səfərlər və ya tək səyahət üçün əla istiqamət olacaq və Azərbaycandan gələn bütün qonaqlara unudulmaz təəssüratlar bəxş edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri