Icma.az
close
up
RU
Moskva və Pekin beynəlxalq təşkilatı islah etmək istəyirlər

Moskva və Pekin beynəlxalq təşkilatı islah etmək istəyirlər

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Rusiya Prezidenti Vladimir Putin Çinə səfəri ərəfəsində bu ölkənin “Sinhua” agentliyinə müsahibə verib. Kreml sahibi həmin müsahibədə Rusiya-Çin münasibətlərinin son illərdə sürətlə inkişafından, ticarət əlaqələrinin həcminin 100 milyard dolları aşmasından ağız dolusu danışıb”. 

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Putin müsahibədə iki ölkə arasında bərabərhüquqlu tərəfdaşlığın mövcudluğunu vurğulayıb:

“Halbuki Rusiya bir çox sahədə Çindən asılı vəziyyətə düşüb. Rusiya Ukraynaya qarşı başlatdığı işğalçı müharibəyə və Qərbin sərt sanksiyaları ilə üzləşdiyinə görə əsas gəlir mənbəyi olan neftini və qazını ucuz qiymətə Çinə satmaq məcburiyyətindədir.

Rusiya öz ticarətinin istiqamətini Qərbdən Çinə dəyişib. Çinin Rusiya bazarında çəkisi xeyli artıb. Bundan başqa Rusiya Qərb ölkələrindən ala bilmədiyi texnologiyaları Çindən almağa başlayıb. Bu amil də Rusiyanın Çindən asılılığını artırıb. 

Kreml sahibi müsahibədə Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasında islahatlara çalışdıqlarını bildirib. Putinin sözlərinə görə, Moskva və Pekin Asiya, Afrika və Latın Amerikası ölkələri hesabına BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayını artırmaq istəyir. Ancaq Putin bunu deyərkən zəruri əlavəsini də unutmayıb:

“BMT Təhlükəsizlik Şurasında istənilən dəyişiklik diqqətlə araşdırılmalıdır”. Yəni bu o deməkdir ki, yeni üzvlər Rusiya və Çinin istəklərinə cavab verməlidirlər”.

Politoloq qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi (ABŞ. Böyük Britaniya, Fransa, Rusiya və Çin), 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü var:

“2011-ci ildə Azərbaycan da ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. BMT Təhlükəsizlik Şurası İkinci Dünya müharibəsinin nəticələrinə görə formalaşıb. Daimi üzvlər müharibədə qalib ölkələrdir. 

Halbuki Fransanın Təhlükəsizlik Şurası daimi üzvlüyünə salınması Böyük Britaniya ilə ABŞ-ın səyləri əsasında baş tutub. Fransa müharibənin qalibi deyildi. Buna baxmayaraq, Vaşinqton və Londonun səyləri əsasında Fransanı da siyahıya əlavə ediblər.

İkinci Dünya müharibəsindən keçən 80 ildə beynəlxalq aləmdə reallıqlar dəyişib. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünü nəzərdə tutaraq “dünya 5-dən böyükdür” ifadəsini tez-tez səsləndirir. Türkiyə bölgədə real gücə çevrildiyinə görə, Təhlükəsizlik Şurasının daimi üzvlüyünə iddiaçılar arasındadır”.

 O bildirib ki, Hindistan, Misir, Braziliya kimi ölkələr də daimi üzvlüyə iddia edə bilərlər:

“Ancaq Moskva və Pekin hər iddiaçını dəstəkləməyəcək. Misal üçün Pekin rəqibi Hindistanın Təhlükəsizlik Şurasının daimi üzv olmasını dəstəkləyərmi? Və ya Rusiya Türkiyəyə “yaşıl işıq” yandırarmı?

Moskva və Pekinin məqsədi heç də BMT-də islahatlar aparmaq deyil. Bu iki ölkə sadəcə, Qərb ölkələri ilə mübarizədə tərəfdaşlarının sayını artırmağa çalışır və belələrinin BMT Təhlükəsizlik Şurasının Təhlükəsizlik Şurasına üzvlüyünü dəstəkləməyə hazır görünürlər. 
Ancaq Təhlükəsizlik Şurasında qərarlar yekdilliklə qəbul olunmalıdır. Vaşinqton, London və Paris Təhlükəsizlik Şurasının qapılarını digər ölkələrə açmağa hazır deyillər. 

Digər tərəfdən müasir dünyada əhəmiyyətli qərarlar BMT-dən yan keçir. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayanda Kreml islahatların keçirilməsini zəruri saydığı BMT Təhlükəsizlik Şurasının mövqeyini nəzərə almamışdı”. 

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Avqust 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri