Icma.az
close
up
RU
Moskvada Beynəlxalq Ədəbi Müsabiqənin qalibləri müəyyənləşib

Moskvada Beynəlxalq Ədəbi Müsabiqənin qalibləri müəyyənləşib

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 11-də Moskvada “Volxonka, 16” malikanəsində Rusiya Yazıçılar Birlikləri Assosiyasiyası tərəfindən Rusiyadan kənarda yaşayan və rus dilində yazan müəlliflərin “Rus Mükafatı” adlı Beynəlxalq Ədəbi Müsabiqəsinin qalibləri müəyyənləşdirilib.

Tədbirdə Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy xarici işlər naziri Sergey Lavrovun təbrikini oxuyub. Münsiflər heyətinin tərkibində təmsil olunan şair və naşir Maksim Amelin (sədr), yazıçı Tatyana Tolstaya, şair Dmitri Vodennikov, yazıçı Sergey Belyakov, yazıçı Yevgeni Abdullayev, ədəbiyyatşünas İvan Saverçenko, yazıçı və filoloq Abuzər Bağırov, “Alpina. Proza” nəşriyyatının baş redaktoru Tatyana Solovyova poeziya və nəsr kateqoriyalarında üç qalibi müəyyən ediblər.

Poeziya kateqoriyasında birinci yeri “Və bir az da ifa olunmamış musiqi” adlı şeirlər toplusuna görə moldovalı Sergey Paqın tutub.

İkinci yeri təqdim etmək üçün səhnəyə çıxan münfislər heyətinin üzvü Dmitri Vodennikov “möcüzəyə səs verdiyini” etiraf edərək müəllifi həmvətənimiz olan şair-yazıçı Ədalət İsmayılovun (Mədədoğlu) “Daltonik”
(“Rəngbilməz”) poemasının ikinci yerə layiq olduğunu bildirib. Üçüncü yeri isə “Kövrək divarlar” şeirlər toplusuna görə özbəkistanlı Natalya Beloyedova qazanıb.

Nəsr üzrə qaliblər isə belə müəyyənləşdirilib: belaruslu Helena Pobyarjinaya “Valsarb” romanına görə I yerə, qırğızıstanlı Daniel Berger “İstiotlu qəhvə” kitabına görə II yerə, qazaxıstanlı Timur Niqmatullin “Mən
yalan danışmıram, ana” romanına görə III yerə layiq görülüblər.

Xatırladaq ki, mükafat fondunun 5 milyon rubl təşkil etdiyi builki Beynəlxalq Ədəbi müsabiqədə 55 ölkədən 591 nəfər müəllif iştirak edirdi. Qaliblər birinci yer üçün 1 milyon rubl, ikinci yer üçün 800 min və üçüncü yer üçün 700 min rublla təltif olundular.

P.ƏMİRCANOV

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Dekabr 2024 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri