Icma.az
close
up
RU
Azercell Beynəlxalq Müsabiqənin telekommunikasiya tərəfdaşı olub

Azercell Beynəlxalq Müsabiqənin telekommunikasiya tərəfdaşı olub

Icma.az bildirir, Apa.az portalına istinadən.

Azərbaycanın lider mobil operatoru Azercell 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalının rəsmi telekommunikasiya tərəfdaşı qismində çıxış edir.

Müsabiqə 31 avqust-5 sentyabr 2025-ci il tarixlərində “ICPC Foundation” təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, PAŞA Holding-in dəstəyi ilə Bakı şəhərində keçiriləcək.

Dünya Finalında 50-dən çox ölkəni təmsil edən 140-a yaxın universitet komandası iştirak edəcək. Beş günlük müsabiqə çərçivəsində gənc proqramçılar problem həll etmə, komanda işi və proqramlaşdırma bacarıqlarını nümayiş etdirəcəklər.

Azercell, tərəfdaşlıq çərçivəsində, yarış iştirakçıları və qonaqlar üçün kəsintisiz telekommunikasiya xidmətləri təqdim edəcək. Şirkətin sürətli, etibarlı və dayanıqlı rabitə həlləri tədbir boyunca fasiləsiz əlaqəni təmin edərək kommunikasiya proseslərinin effektiv və səmərəli həyata keçirilməsinə dəstək göstərəcək.

Qeyd edək ki, Azərbaycanlı tələbələr 2005-ci ildən etibarən ICPC-nin regional turlarında iştirak edirlər. 2024-cü ildə ADA Universitetinin tələbələri Misirin Luksor şəhərində keçirilən Dünya Finalına vəsiqə qazanaraq, müsabiqə tarixində bu nailiyyəti əldə edən ilk Azərbaycan komandası olub. Bu il isə ölkəmizi ADA Universitetinin və Bakı Ali Neft Məktəbinin (BANM) komandaları təmsil edəcək.

Azercell ölkədə rəqəmsal ekosistemin inkişafı, gənclərin İT və İKT sahələrində bacarıqlarının artırılması və Azərbaycanın qlobal texnoloji mövqeyinin gücləndirilməsi istiqamətində belə nüfuzlu beynəlxalq layihələrə dəstək verməyə davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Avqust 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see270

Professor izah etdi: Demans riskini azaldan 8 vərdiş

01 Oktyabr 2025 16:34see185

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see134

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see133

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see132

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see132

Qurban Qurbanov: Futbolçularım sona qədər mübarizə apardılar

01 Oktyabr 2025 23:44see130

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see130

İsveçrəli nazir Fərhad Əliyevin keçmiş müşavirinə məktub yazıb

01 Oktyabr 2025 15:11see126

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

01 Oktyabr 2025 16:35see126

“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

01 Oktyabr 2025 11:38see126

Taciri toyda zəhərlədilər

01 Oktyabr 2025 11:46see125

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see125

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see124

Azər Bağırov Gəncə klubunun rəhbərliyinə gətirildi

01 Oktyabr 2025 16:12see123

Milli Məclisin sədri CAR a işgüzar səfər edib

01 Oktyabr 2025 10:31see123

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see121

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see121

Estoniya sərhəddə qalmış maşınları satır

01 Oktyabr 2025 12:30see120

Məlhəm hospitalından gənc yazarın iddialarına CAVAB

01 Oktyabr 2025 21:17see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri