Icma.az
close
up
RU
Moskvada çeçenlərin oğurladığı şəxsin həyatında Azərbaycanın rolu...

Moskvada çeçenlərin oğurladığı şəxsin həyatında Azərbaycanın rolu...

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Moskvada bir gün əvvəl axşam saatlarında iş adamını oğurlayan altı nəfər polis şöbəsində "şəraitin aydınlaşdırılmasından” sonra sərbəst buraxılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Shot” nəşri məlumat yayıb. Məlumata görə, saxlanılanlardan üçü polisə özlərini Rus Qvardiyasının (Rosqvardiya) hazırkı əməkdaşları kimi təqdim edib.

KİV-in yazdığına görə, həmin şəxslər polis şöbəsini tərk edərkən jurnalistlərin "niyə adam oğurlamısınız” sualına gülümsəyərək cavab verməyiblər. Onlar "miqalka”lı və güc strukturlarının tez-tez istifadə etdiyi AMR seriyalı nömrələri olan "Mercedes” markalı avtomobilə əyləşərək, polis əməkdaşlarının müşayiəti ilə ərazidən uzaqlaşıblar.

Bu, həmin avtomobildir ki, bir gün əvvəl bu şəxslər 39 yaşlı sahibkar Areq Şçepixinini insanların gözü qarşısında zorla avtomobilin baqajına salaraq oğurlamağa çalışıblar. Hadisə Yaroslavski vağzalı yaxınlığında baş verib. Daha sonra avtomobil Kiyev şosesində, MKAD-dan 3 km məsafədə saxlanılıb, lakin içərisində artıq Şçepixin olmayıb. Bu barədə "Baza” nəşri məlumat verib.

Məlum olub ki, bu "Mercedes” əvvəllər mediada Çeçenistan rəhbəri Ramzan Kadırovun yaxın adamı və köməkçisi kimi tanınan Səidəhməd Eldarbiyevin avtomobilini müşayiət edib.

Hazırda Areq Şçepixinin harada olduğu məlum deyil. Onun axtarışları Mərkəzi Federal Dairə üzrə nəqliyyatda təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən aparılır.

"Ostorojno, novosti”nin məlumatına görə, Şçepixin əvvəllər Ohanyesyan soyadını daşıyıb, Ximki şəhərində yaşayıb və özünü biznesmen, Rusiya qəhrəmanı və top-menecer kimi təqdim edib. O, həmçinin "Rusiya — imkanlar ölkəsi” adlı müsabiqənin iştirakçısı olub və orada insanlara yeni obrazlar yaratmaq üçün mobil tətbiq təqdim edib. Bundan başqa, "Yeni Rus Dünyası” adlı siyasi partiya yaradaraq gəncləri pul qazanmağı öyrətmək istədiyini bildirib. O, həmçinin "Tanrının cinsi” adlı kitab yazıb və özünü Rusiyanın "krallıq ailəsinin nümayəndəsi” hesab edib.

Oğurlanmazdan əvvəl Şçepixin bir neçə video paylaşıb. Onlardan birində çeçen xalqını, Allahı və Quranı təhqir edib. Bu videolar çeçen blogerlərin diqqətini çəkib və onlar həmin şəxsin tapılaraq cəzalandırılmasını tələb ediblər.

Şçepixinin anasının sözlərinə görə, o, Qarabağ müharibəsi zamanı Azərbaycanın region üzərində tam nəzarət əldə etməsindən sonra müsəlmanlara qarşı kəskin mənfi münasibət bəsləməyə başlayıb.


Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 İyun 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri