Moskvada güclü yağış və dolu fəlakətə səbəb oldu
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moskva bölgəsində güclü yağış və dolu fəlakətə səbəb oldu – Dörd ev ildırım nəticəsində alışdı.
Bakıvaxtı.az xəbər verir ki, iyulun 14-də Moskva vilayətində güclü yağış və dolu müşahidə olunub. Sosial şəbəkələrdə paylaşılan görüntülərə əsasən, ildırımın düşməsi nəticəsində azı dörd evdə yanğın baş verib, bir sıra küçələri su basıb.
Kadrlarda su basmış binaların girişləri, dolunun zədələdiyi avtomobillər və alovlanan evlər əks olunub. Güclü yağış bölgənin müxtəlif hissələrində nəqliyyatın hərəkətinə də çətinlik yaradıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə idarəsi bu günün əvvəlində sakinləri xəbərdar etmişdi ki, gün ərzində şiddətli yağış və dolu davam edəcək.
Hazırda bölgədə fövqəladə xidmətlər hadisənin nəticələrini aradan qaldırmaq üçün fəaliyyət göstərir.
Baxış sayı:71
Bu xəbər 14 İyul 2025 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















