Moskvada müsəlmanları təhqir edən erməninin oğurlanmasında şübhəli bilinənlər azadlığa buraxıldılar
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya paytaxtında Yaroslavskiy vağzalının yaxınlığında erməni bloqer Areg Şepixinin oğurlanmasının təfərüatı məlum olub.
Oxu.Az bu barədə Rusiya mediasına istinadla xəbər verib.
Erməni bloqer sosial şəbəkələrdə Dağıstan, Çeçenistan sakinlərini və ümumilikdə müsəlmanları təhqir edən paylaşımlar edib, Rusiya hökumətinin müsəlmanlara və yəhudilərə qarşı nasist ideologiyası ilə "proqramlaşdırılması" çağırışları ilə çıxış edib. Bundan sonra bir qrup şəxs onu zorla avtomobilə mindirərək naməlum istiqamətə aparıb.
Hadisənin görüntülərində Şepixinin bir neçə nəfər tərəfindən tutulduğu və "Mercedes" markalı avtomobilin baqajına salındığı əks olunub.
Sonradan polis Kiyev şossesi istiqamətində həmin avtomobili saxlayıb, lakin Şepixinin özü nəqliyyatda olmayıb. Hadisə ilə bağlı altı nəfər saxlanılıb və polis bölməsinə aparılıb. Onlardan üçü özünü Rusiya Qvardiyasının əməkdaşı kimi təqdim edib. Araşdırmalardan sonra bütün şübhəlilər sərbəst buraxılıblar.
Areq Şepixinin harada olduğu hələ də bilinmir. Onun oğurlanma motivləri və taleyi ilə bağlı suallar isə açıq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 04 İyun 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















