Icma.az
close
up
RU
Moskvada özbəklərə qarşı zorakılıq: Rusiyaya nota verilib

Moskvada özbəklərə qarşı zorakılıq: Rusiyaya nota verilib

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Özbəkistandan Rusiyaya çağırış: XİN ölkə vətəndaşlarının yoxlanılmasından narahatdır

Özbəkistan Xarici İşlər Nazirliyi (XİN) Rusiyada qeyri-qanuni yoxlama və ölkə vətəndaşlarına qarşı kobud rəftar hallarının artması ilə bağlı narahatlığını bildirib. AYNA.AZ özbək mediasına istinadən bildirir ki, rəsmi Daşkənd Rusiya hakimiyyətinə rəsmi nota göndərərək təhlükəsizlik qüvvələrinin hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş edib.

Qeyd edək ki, Moskva vilayətində reyd zamanı özbək miqrantlar təpiklənib. Moskvanın Stroqino rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz miqrantların müəyyən edilməsi üçün reyd keçirib. Reyd Müdafiə Nazirliyinin obyektlərindən birində yerləşən MDB ölkələrinin vətəndaşları üçün nəzərdə tutulmuş yataqxanada baş verib.

“Baza” “Telegram” kanalının iyunun 9-da verdiyi məlumata görə, əməliyyat nəticəsində 5-6 nəfər saxlanılıb.

Təhlükəsizlik qüvvələri həmin şəxsləri otaqlardan qovub, tərəddüd edənlərə isə təpik və şillələ vurulub. Nəşrin məlumatına görə, yoxlamadan sonra bütün saxlanılan şəxslər kimliklərinin müəyyən edilməsi və Rusiyada qalma şəraitinin aydınlaşdırılması üçün polis şöbəsinə aparılıb.

Özbəkistanın Xarici Əmək Miqrasiyası Agentliyinin Rusiyadakı nümayəndəliyinin məlumatına görə, iyunun 8-də Sokolniki rayonunda yoxlama zamanı çevik polis əməkdaşları əcnəbilərə qarşı fiziki güc tətbiq ediblər.

Özbəkistan XİN ölkə vətəndaşlarının Rusiya ərazisində yoxlanılması ilə bağlı narahatlığını bildirib. Bu məsələ iki ölkənin diplomatik nümayəndəliklərinin nümayəndələrinin miqrasiyaya həsr olunmuş növbəti görüşündə müzakirə olunub.

Özbəkistan tərəfi Rusiya qurumlarını Özbəkistan vətəndaşlarına münasibətdə beynəlxalq hüquq normalarına riayət olunmasını və insan hüquqlarına hörmət edilməsini təmin etməyə, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməməyə çağırıb. Özbəkistan səfirliyi Moskvada yaranmış vəziyyətə aydınlıq gətirmək xahişi ilə Rusiya XİN-ə rəsmi nota göndərib.

Xatırladaq ki, Rusiya Dövlət Duması Moskva və Moskva vilayətində miqrantlar üzərində əlavə nəzarət haqqında qanunu təsdiqləyib. Bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün “Telegram” kanalında məlumat verib. Yeni qanuna əsasən, paytaxt rayonunda yaşayan əcnəbilər faktiki ünvanda qeydiyyatdan keçməli, barmaq izlərini verməli və biometrik fotoçəkilişdən keçməlidirlər. Onların mobil cihazlarının geolokasiyasının məcburi monitorinqi də nəzərdə tutulub. Miqrantlar yaşayış yerini dəyişdirərkən üç iş günü müddətində Daxili İşlər Nazirliyinə məlumat verməlidirlər. İstisnalar yalnız diplomatlar və Belarus vətəndaşları üçün edilir. Nəticələr müsbət olarsa, oxşar təcrübə Rusiyanın digər bölgələrində də tətbiq oluna bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://ayna.az
archiveBu xəbər 11 İyun 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see207

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see196

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see186

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see186

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see159

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see159

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see157

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see149

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see147

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see141

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri