Icma.az
close
up
RU
Qırğızıstan Rusiyaya nota verdi Moskvada kütləvi işgəncə faktları!

Qırğızıstan Rusiyaya nota verdi Moskvada kütləvi işgəncə faktları!

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hurriyyet.az xəbər verir ki, Qırğızıstan dövləti bir qrup vətəndaşının Moskva hamamında saxlanılması ilə əlaqədar Rusiyaya nota verib.
Rusiyanın Bişkekdəki səfiri Sergey Vakunov Qırğızıstan XİN-ə çağırılıb. Ona təqdim edilən notada bir qrup qrığızıstanlının Moskvadakı hamamlardan birində saxlanılması ilə bağlı izahat vermək tələb olunub. Bu barədə Qırğızıstan XİN-in mətbuat xidməti məlumat verib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, hadisə aprelin 11-də "Bordorst" hamam kompleksində baş verib. Lakin sosial şəbəkələrdə yayılan videolarda 10 aprel tarixi qeyd edilib. Qırğızıstan parlamentinin deputatı Janar Akayev hadisəni təsvir edən videonu və fotoları öz "Feysbuk" səhifəsində paylaşıb. Deputatın sözlərinə görə, hamam kompleksi onun həmvətəninə məxsusdur.
Videodakı kadrlarda güc strukturlarının nümayəndələri kişiləri döyür, sürünməyə və dizin-dizin yeriməyə məcbur edirlər, yerə uzanmış adamları tapdalayıb keçirlər. 
Akayev yazıb: “Soydaşlar, təsəvvür edə bilərsinizmi ki, Moskvada qırğızıstanlı sahibkarın hamamına böyük bir qrup şəxs və OMON üzvləri daxil olaraq soydaşlarımızı vəhşicəsinə döyüblər?! Hakimiyyətin, XİN-in, səfirliyin reaksiyası olubmu? Axı u yaxınlarda digər bir qırğız sahibkarın binasına zorla daxil olub insanları təhlükəli canilərdən və terroçulardan daha amansızlıqla döymüşdülər. Axı biz Avrasiya İqtisadi İttifaqının üzvləriyik, müttəfiqik, strateji tərəfdaşıq. Bəs indi yüzlərlə soydaşımızın döyülməsinə imkan verəcəyik və susacağıq?”
Saxlanılanlardan biri - Əlixan adlı şəxs qırğızların döyülərək beş saat hamamda saxlandığını bildirib. Onlar qaçmağa çalışıblar, lakin tutulublar və başlarını qaldırmağa imkan verməyərək dəyənəklə döyülüblər, elektroşokla işgəncəyə məruz qalıblar. Kişilərdən biri müqavimət göstərmək istədiyi üçün saqqalının yarısını qırxıblar. Döyülmənin səbəbləri izah edilməyib, sənədlər yoxlanılmayıb. Yüksək rütbəli polis əməkdaşları gəldikdən sonra döyülmə dayandırılıb. Saxlanılan şəxslər müxtəlif şöbələrə aparılıb, Əlixan isə cəriməni ödədikdən iki saat sonra sərbəst buraxılıb. Yeri gəlmişkən, onun sözlərinə görə, hadisə aprelin 10-da baş verib.
https://www.facebook.com/share/r/1BnocC7ivj/
Hürr Tərcüman

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Aprel 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri