Icma.az
close
up
RU
Tacikistan Moskvada vətəndaşının öldürülməsinə görə Rusiyaya nota verdi

Tacikistan Moskvada vətəndaşının öldürülməsinə görə Rusiyaya nota verdi

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tacikistan Xarici İşlər Nazirliyi (XİN) Moskva vilayətində vətəndaşının qətlə yetirilməsi ilə bağlı Rusiya səfirinə nota verib.

Moderator.az Avesta.tj portalına istinadla xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında bildirilib.

"Xarici İşlər Nazirliyi dekabrın 16-da Moskva vilayətinin Odintsovo şəhər dairəsinin Qorki-2 qəsəbəsində yerləşən Uspenskaya orta məktəbinin dördüncü sinif şagirdi, Tacikistan vətəndaşı Kobildjon Əliyevə qarşı etnik nifrət zəminində baş verən hücumu qətiyyətlə pisləyir. Bu hücum nəticəsində azyaşlı Tacikistan vətəndaşı hadisə yerində ölüb.

Faciəli hadisə ilə əlaqədar olaraq Rusiyanın Tacikistandakı səfiri Semyon Qriqoryev Xarici İşlər Nazirliyinə çağırılıb. Ona nota təqdim edilib və Rusiya tərəfindən hadisə ilə bağlı dərhal, obyektiv və qərəzsiz araşdırma aparılması, eləcə də bütün əli olan şəxslərin qanuna tam uyğun şəkildə məsuliyyətə cəlb olunması tələbi qoyulub", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl - ötən gün Tacikistanın Rusiyadakı səfirliyi 10 yaşlı Kobildjon Əliyev adlı oğlanın qətli ilə bağlı istintaqı nəzarətə götürüb və Rusiya Xarici İşlər Nazirliyinə rəsmi məktub göndərib.

Xatırladaq ki, ötən gün Moskva vilayətində məktəbə edilən hücum nəticəsində bir şagird ölüb, azı iki nəfər yaralanıb. Hadisəni törədən yeniyetmə əvvəlcə mühafizəçini bıçaqlayıb, sonra gözyaşardıcı qazdan istifadə edib, ardınca isə on yaşlı dördüncü sinif şagirdini qətlə yetirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Dekabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri