Icma.az
close
up
RU
MOSKVADAN BAKIYA “MÜXALİFƏT” TƏHDİDİ... Cavab Xankəndidən verildi

MOSKVADAN BAKIYA “MÜXALİFƏT” TƏHDİDİ... Cavab Xankəndidən verildi

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Dünya dəyişsə də, əsrlər boyu xalqları bir-birinə qarşı salan, sərhədləri “ayaq izi” ilə ölçən, millətlərin iradəsini zorla ram edən imperiyalar tədricən tarixə gömülsə də, şovinist siyasi dairələrin zehniyyəti dəyişmir. Xüsusilə də Rusiyanın bəzi şovinist beyin mərkəzləri – hələ də imperiya uydurmalarının cazibəsindən qopa bilmirlər.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGIMO) nəzdində fəaliyyət göstərən Dünya İqtisadiyyatı və Siyasəti Fakültəsinin dekanı Andrey Suzdaltsevin Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə dair verdiyi müsahibə bu qəbildəndir. 

O, Azərbaycanı hədəfə alaraq bildirir: “Xüsusi hərbi əməliyyat başa çatdıqda, biz postsovet məkanının digər dövlətləri ilə məşğul olacağıq… Azərbaycana gəlincə, orada Əliyevdən başqa müxalifət də var. Rusiyanın onların nümayəndələri ilə əməkdaşlığı Bakını ayıltmalıdır...” 

Bu cümlələr təkcə bir şovinist professorun mövqeyi deyil – bunlar imperiya düşüncəsinin müasir toxumasını təşkil edən siyasi təhdidlərdir.

Suzdaltsevin söylədikləri Kremlin mesajdır – Moskva Azərbaycanı da “öz təsir dairəsində” saxlamaq istəyir.  Bu, birbaşa Vladimir Putinin məşhur ifadəsinin – “rus əsgərinin ayağı hara dəyibsə, ora Rusiya torpağıdır” – müasir diplomatiyada tərcüməsidir. Vaxtı ilə Qarabağda, Xocalıda böyük aciələr törədən bu ideologiya bu gün Krımın işğalı, Ukraynanın dağıdılması, Gürcüstanın parçalanması ilə yenidən canlanmağa çalışır. Bir az güc əldə etdikdə isə, ətrafındakı hər bir dövləti özünə tabe etməyə  cəhd edəcəyinin siqnallarını verir. Əlbəttə, imperiya təfəkkürü ilə idarə olunan dövlət, onun rəhbərliyi insan hüquqları, ərazi bütövlüyü, beynəlxalq hüquq kimi anlayışları tanımır, güclünün haqlı olduğu orta əsr düşüncəsi ilə hərəkət edir. 


Ona görə də belə düşüncənin qarşısında geri çəkilmək olmaz, GÜC göstərmək lazımdır. Bakı da məhz bu gücü Xankəndidə göstərdi!  Göstərdi ki, nə 1990-cı ildir, nə də Azərbaycanda vəziyyət o qədər zəifdir ki, hansısa "müxalifət" təgdidi ilə “Bakını ayıltmaq” mümkün olsun. 

Görünür, Suzdaltsev və onu danışdıranlar  yaddan çıxaıblar ki, bu gün Azərbaycan nəinki siyasi və iqtisadi cəhətdən tam suveren dövlətdir, həm də regionun əsas və güclü geosiyasi oyunçusudur.

Moskvanın imperiya arzusuna qarşı Bakı öz güclü qalxanını artıq formalaşdırıb: Azərbaycan-Türkiyə-Pakistan strateji müttəfiqliyi. Bu üç dövlətin ittifaqı sadəcə hərbi əməkdaşlıqdan ibarət deyil – bu, mədəni, iqtisadi, enerji və təhlükəsizlik sahələrində dərin inteqrasiya modelidir.

-Azərbaycan Cənubi Qafqazın lideri və enerji təhlükəsizliyinin əsas təchizatçısıdır;

-Türkiyə NATO-nun ən güclü ordularından birinə və regionun ən çevik diplomatik iradəsinə sahibdir;

-Pakistan nüvə dövləti olmaqla yanaşı, Cənubi Asiya və İslam dünyasında mühüm siyasi dayaqlara malikdir.

Bu üçlük yalnız müdafiə gücü deyil, həm də sülhə və balanslı siyasətə çağırışdır. Çünki onların strateji əməkdaşlığı hər hansı başqa dövlətə qarşı deyil, regionda sabitliyi və iqtisadi tərəfdaşlığı qorumağa yönəlib.


Odur ki, Suzdaltsev və onu danışdıranlar  anlamalıdırlar ki, Azərbaycana qarşı siyasəti qorxu və təhdid üzərində qurmaq dövrü bitib.  Azərbaycan hakimiyyətini müxalifətlə "işbirliyinə” qurmaqla təhdid etmək, təzyiq göstərmək cəhdləri isə, sadəcə, gülüş doğurur...

Bakı yalnız sivil münasibətlərə, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa qapılarını açıq buraxıb.  Rusiyanın əgər regionda real maraqları varsa – iqtisadi əməkdaşlıq, enerji layihələrində iştirak, təhlükəsizlik məsələlərində tərəfdaşlıq – bu maraqlarını imperialist ritorika ilə deyil, yalnız hüquq və diplomatiya ilə ifadə etməlidir.

Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü Azərbaycanın regional və qlobal səviyyədə artan nüfuzunun təcəssüm etdirməklə yanaşı, həm də Bakının Moskvaya vaxtında verilmiş CAVABI oldu. Göstərildi ki, məhz Moskvanın başlatdığı Qarabağ münaqişəsini siyasi və hərbi qətiyyəti ilə sona çatıran Azərbaycan artıq həm də güclü müttəfiqləri olan bir dövlətdir! 

Bakı Rusiyanın Güney Qafqazda yenidən istədiyi kimi hərəkət etməsinə, suveren dövlətin vətəndaşlarına ikinci növ insanlar kimi yanaşmasına, onları aşağılamasına laqeyd qalmaq fikrində olmadığını da məhz bu gücə söykənərək Moskvaya verdiyi kifayət qədər sərt və ADEKVAT cavabla  nümayiş etdirmişdi. 


Əlbəttə, Suzdaltsev və onun ipini tutanlar üçün yeni reallıqlarl asanlıqla qəbul etmək çətindir. Hələ də təhdidlə, təzyiqlə, şovinist ideologiya ilə nəyəsə nail olacaqlarına ümid edirlər. Ancaq zamanla anlayacaqlar ki ,Azərbaycan-Türkiyə-Pakistan müttəfiqliyi isə bu cür şovinist çağırışlara qarşı təkcə hərbi deyil, həm də ideoloji sipər rolunu oynayır. Bu sipər ədalətə, hüquqa, qardaşlığa və gələcəyə söykənir – imperializmə deyil!

İ. İsmayılbəyli 

"AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 İyul 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri