Icma.az
close
up
RU
Moskvadan Zelenskiyə məxfi xəbər: İki görüşdə hə deyildi, təklif rezonans doğurdu

Moskvadan Zelenskiyə məxfi xəbər: İki görüşdə hə deyildi, təklif rezonans doğurdu

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Ukrayna ətrafında diplomatik dinamika yenidən sürətlənir. ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun və onu müşayiət edən kürəkəni Cered Kuşnerin sülh planının müzakirəsi məqsədilə ötən gün Rusiyaya səfəri böyük maraqla qarşılandı.

Vaşinqton rəsmilərinin sülh planı ilə bağlı Prezident Vladimir Putinlə 4 saata yaxın davam edən görüşdən sonra məxfi detalları Ukraynaya çatdıracaqlarına dair açıqlamaları fonunda Trampın “Vaşinqton artıq Ukrayna böhranının maliyyələşdirilməsində iştirak etmir” bəyanatı isə xüsusi diqqət çəkir. Uitkoffun Rusiyada olduğu bir vaxtda səslənən bu mesaj mövcud danışıqların mahiyyəti və prosesin gələcək istiqaməti ilə bağlı sualları daha da artırır.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Ukrayna ətrafında hazırda kifayət qədər ciddi proseslər baş verir:

“Məlum olduğu kimi, bir müddət öncə ABŞ Prezidenti Donald Trampın 28 maddəlik sülh planı ortaya çıxdı. Mövzu ilə bağlı müzakirələr isə daha da ciddiləşir. Bu müddət ərzində ABŞ və Ukrayna nümayəndələri Cenevrə və Floridada iki dəfə görüşüblər. Görüşlərin konstruktiv keçdiyi və Kiyevin bir çox istəklərinin nəzərə alındığı bildirilir.

Hazırda Ukraynanın qarşısında iki seçim var: pis və ən pis seçim. Dünən Avropadan səslənən bəyanatlara nəzər salsaq, kifayət qədər pessimizmin olduğunu görmək mümkündür. Məsələ ondadır ki, bu savaş Ukraynanın maraqlarına zidd şəkildə bitə bilər. Sonuncu Florida görüşündən sonra Vaşinqtondan səsləndirilən bəyanatlar, eləcə də Trampın xüsusi nümayəndəsi Uitkoff və kürəkəni Kuşnerin Moskvaya gedişi, orada aparılan danışıqlar tərəflərin mövqelərinin öyrənilməsi və mümkün uzlaşma baxımından əhəmiyyətlidir. Dünənki görüşdən ciddi gözləntilər vardı, lakin müzakirənin ardınca verilən açıqlamalar tərəflər arasında hələ də fikir ayrılıqlarının olduğunu göstərdi.

Diqqət çəkən başqa bir məsələ hazırda Ukraynanın nəzarətində olan Donetsk vilayətinin Rusiyaya verilməsi və təxminən 20–50 km dərinliyində bufer zonanın yaradılması təklifidir. Kiyev belə bir razılaşmanı qəbul etmir. Əgər bu tələblər qəbul olunarsa, Ukrayna işğal edilmiş ərazilərdən başqa təxminən 35–40 min kvadrat kilometr əlavə torpaq itkisinə razı olmalıdır”.


Oqtay Qasımov

Politoloqun sözlərinə görə, Ukraynaya təzyiqlər kifayət qədər güclənib:

“Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın istefaya göndərilməsi də bu təzyiqlərin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Uitkoff və Kuşnerin görüşdən sonra Zelenski ilə bir araya gələcəkləri də gözlənilir. ABŞ nə bahasına olursa-olsun prosesi yekunlaşdırmaq istəyir.

Trampın yardımların dayandırılması ilə bağlı bəyanatına gəlincə, demək olar ki, o, hakimiyyətə gəldikdən sonra bu tip açıqlamaları tez-tez səsləndirib. İndi isə yardımları tam kəsməklə Ukraynanı faktiki olaraq Avropanın üzərinə yük kimi qoyub. Tramp son çıxışında bir daha bildirdi ki, ABŞ yardımı dayandırır, texniki avadanlığı isə Avropaya satır və beləliklə onların üzərindən Ukraynaya ötürür”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Dekabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri