Vuçiçdən Zelenskiyə təklif...
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna və Serbiya prezidentləri Vladimir Zelenski ilə Aleksandr Vuçiç Odessada ikitərəfli əməkdaşlığı müzakirə ediblər.
Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Odessada Ukrayna-Cənub-Şərqi Avropa sammitində çıxışı zamanı deyib.
Vuçiçin sözlərinə görə, o, Zelenski ilə ikitərəfli əməkdaşlıq, Ukraynaya humanitar yardım və bəzi digər məsələləri müzakirə edib.
"Mən Serbiya və Ukrayna arasında əməkdaşlığın yeni sahələrini təklif etdim, Prezident Zelenski ilə ikitərəfli danışıqları planlaşdırdıq. Düşünürəm ki, iqtisadi dövriyyə ilə bağlı bəzi məsələlərimizi həll edə biləcəyik. Ümid edirəm ki, əməkdaşlığımız inkişaf edəcək", - deyə Serbiya Prezidenti qeyd edib.
Xatırladaq ki, Aleksandr Vuçiç tammiqyaslı müharibədən sonra ilk dəfə iyunun 11-də Ukraynaya səfər edib. O, Odessada keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitində iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 12 İyun 2025 01:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















