Moskvanı narahat edən bəyanat: Pompeo ortaya çıxdı, qəribə mesaj verildi
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo “Fox News”a müsahibəsində Moskvanın daha ciddi nəticələrlə üzləşəcəyini bildirib. Pompeo Rusiyanın danışıqlar masasına oturmağa hazır olmazdan əvvəl belə bir vəziyyət yaşayacağını söyləyib.
Onun açıqlamaları ABŞ-ın sülh planının detalları üzrə Ukrayna ilə aparılan müzakirələr fonunda diqqət çəkib.
Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya–Ukrayna müharibəsini 2025-ci ilin axırlarına qədər bitirməyi hədəfləmişdi:
“Lakin son açıqlamalarında o, prezident seçkiləri zamanı verdiyi “müharibəni tezliklə dayandırmaq” vədinin əslində düşündüyündən daha mürəkkəb olduğunu etiraf etdi. Trampın sözlərinə görə, məhz bu mürəkkəblik münaqişənin uzanmasına səbəb olur. Bununla belə, o, sülh prosesinə dair hələ də böyük ümidlərin mövcud olduğunu bildirir. Həm Rusiya, həm də Ukrayna tərəfi müharibənin dayandırılmasına prinsip etibarilə razıdır. Ancaq tərəflərin irəli sürdüyü şərtlər kifayət qədər sərt olduğundan, hələlik ortaq mövqeyə gəlmək mümkün deyil. Rusiya bu müharibədə daha geniş ərazi iddiaları irəli sürür, eyni zamanda Ukraynanın silahsızlaşdırılmasını və onun NATO-ya üzvlük yolunun bağlanmasını təklif edir. Kiyev isə təhlükəsizlik zəmanətləri tələb edir, NATO-ya inteqrasiya prosesinə mane olunmamasını, eləcə də ölkənin suverenliyinin tam şəkildə təmin edilməsini əsas şərt kimi irəli sürür.
Ukrayna təhlükəsizlik zəmanətlərinin Qərb ölkələri, o cümlədən Birləşmiş Ştatlar tərəfindən verilməsini tələb edir. Rusiya isə heç bir halda Ukrayna ərazisinə xarici qoşunların yerləşdirilməsini və ölkənin böyük hərbi gücə malik olmasını istəmir. ABŞ-ın sabiq dövlət katibi Pompeonun bəyanatları isə Vaşinqtonun Moskvaya münasibətdə mövcud siyasəti ilə uyğun gəlmir. Əslində, ABŞ hər iki tərəflə yumşaq dialoq aparmağa çalışdığını nümayiş etdirir və ortaq mövqeyin məhz bu dialoq çərçivəsində əldə olunmasına çalışır”.
Mütəllim Rəhimli
Siyasi şərhçi bildirib ki, əslində söhbət Rusiya ilə hansı məsələdə razılaşmadan gedir, təəssüf ki, Pompeo bunu açıq şəkildə demir:
“Son 20 bəndlik razılaşma layihəsi, əsasən cəbhə xəttində atəşkəsin təmin olunmasını nəzərdə tutur. Lakin Ukraynanın NATO-ya inteqrasiya məsələsi hələ də açıq qalır. Bu baxımdan, Tramp administrasiyasının keçmiş dövlət katibinin dili ilə Rusiyanı müəyyən güzəştlərə təşviq etmək istəyini güman etmək olar. Çünki münaqişənin dayandırılması yalnız Rusiya maraqlarının nəzərə alınması ilə mümkün deyil. Bunun üçün həm Ukrayna razılıq verməli, həm də arxasında dayanan Avropa İttifaqı ölkələrinin dəstəyi olmalıdır. Beləliklə, Pompeonun təklifləri Rusiyanın prosesi daha obyektiv qiymətləndirməsinə çağırış kimi qiymətləndirilə bilər”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 30 Dekabr 2025 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















