Icma.az
close
up
RU
MOSKVANIN ATƏŞKƏS ÜÇÜN BÜTÜN ŞƏRTLƏRİ AÇIQLANDI Kremlin təqdim etdiyi memorandumda nələr var? + TAM MƏTN

MOSKVANIN ATƏŞKƏS ÜÇÜN BÜTÜN ŞƏRTLƏRİ AÇIQLANDI Kremlin təqdim etdiyi memorandumda nələr var? + TAM MƏTN

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyaya hər şey, Ukraynaya heç nə…

Rusiya ötən gün İstanbulda təqdim etdiyi memorandumla bir daha müharibəni bitirmək fikrində olmadığını və vaxt uzatmaqla məşğul olduğunu göstərdi.

“AzPolitika” xəbər verir ki, TASS agentliyi iyunun 2-də İstanbulda keçirilən danışıqlarda təqdim olunan Rusiya atəşkəs memorandumunun tam mətnini dərc edib.

Rusiya tərəfindən atəşkəs üçün iki variant təklif olunub.

Birincisi, Ukrayna qüvvələrinin DXR, LXR, Zaporojye və Xerson vilayətlərinin ərazilərindən çıxarılmasını nəzərdə tutur. Onlar “Rusiya sərhədlərindən” tərəflərin razılaşdığı məsafəyə qədər geri çəkilməlidir.

İkincisi, "paket təklifi" adlanır və Ukrayna qoşunlarının yerdəyişməsinə qadağa qoyulmasını, səfərbərliyin və Kiyevə xarici hərbi yardımın dayandırılmasını, demobilizasiyanın başlanmasını, eləcə də Ukraynada üçüncü ölkələrin hərbi mövcudluğunu istisna etməyi nəzərdə tutur.

Ukraynanın Rusiya və onun vətəndaşlarına qarşı “təxribat fəaliyyətindən” imtinası da təmin edilməlidir.

Bundan əlavə, atəşkəs rejiminə nəzarət üzrə ikitərəfli Mərkəz yaradılmalıdır. Tərəflər “siyasi məhbuslara” qarşılıqlı amnistiya verməli və həbsdə olan mülki şəxsləri azad etməlidirlər. Bundan əlavə, Ukraynada hərbi vəziyyət aradan qaldırılmalı, hakimiyyət prezident və Ali Rada deputatlarının seçkilərinin vaxtını təyin etməlidir. Hərbi vəziyyətin ləğvindən sonra 100 gündən gec olmayaraq seçkilər keçirilməlidir.

Memorandumun digər müddəaları aşağıdakıları nəzərdə tutur:

-Ukraynanın neytrallığı və hərbi ittifaqlara qoşulmaqdan imtina etməsi;

-Ukraynada digər dövlətlər tərəfindən hərbi fəaliyyətə qadağa;

-ölkənin qeyri-nüvə statusu və Ukrayna Silahlı Qüvvələrində hərbçilərin sayına məhdudiyyət qoyulması;

-Rusiyaya qarşı sanksiyaların ləğvi;

-Krım, LPR, DXR, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya daxil olmasının beynəlxalq hüquqi tanınması;

-hərbi əməliyyatlardan dəyən zərərə görə tələblərdən qarşılıqlı imtina;

-Ukraynanın rusdilli əhalisinin hüquq və azadlıqlarının təmin edilməsi, Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması, nasizmin tərənnümünə qadağa;

-Rusiya və Ukrayna arasında diplomatik və iqtisadi əlaqələrin (qaz tranziti daxil olmaqla), nəqliyyat və digər kommunikasiyaların, o cümlədən üçüncü ölkələrlə tədricən bərpası;

Sənədin üçüncü bölməsi nizamlanma mərhələlərinin ardıcıllığına və onların həyata keçirilməsi müddətlərinə aiddir. Onlar aşağıdakı ardıcıllıqla müəyyən edilir:

-sülh müqaviləsinin mətni üzərində işin başlanması;

-boz zonada ölənlərin cəsədlərinin toplanması üçün 2-3 günlük atəşkəsin elan edilməsi;

-Ukrayna Silahlı Qüvvələrinin 6000 hərbçisinin meyitinin birtərəfli qaydada Ukrayna tərəfinə verilməsi;

-atəşkəs haqqında memorandumun bütün müddəalarının həyata keçirilməsi üçün konkret tarixlərlə imzalanması və yekun nizamlanma üzrə gələcək sazişin imzalanma tarixinin müəyyən edilməsi;

Ukrayna Silahlı Qüvvələrinin geri çəkilməsi başlanan andan 30 günlük atəşkəs elan edilir. Eyni zamanda, bu müddət ərzində Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Rusiya ərazisindən tamamilə çıxarılması və “paket sazişi”nin tam icrası başa çatdırılmalıdır;

-Ukrayna ərazisində seçkilərin keçirilməsi, dövlət orqanlarının formalaşdırılması;

-sülh müqaviləsinin imzalanması;

-bu sənədin BMT Təhlükəsizlik Şurasının hüquqi qüvvəyə malik qətnaməsi ilə təsdiq edilməsi;

-müqavilənin ratifikasiyası, qüvvəyə minməsi və həyata keçirilməsi.

Göründüyü kimi, bu sənəd Ukraynanın faktiki kapitulyasiyası sənədir və Rusiya əvvəlki tələblərindən geri çəkilməyib, əksinə, onların siyahısını artırıb.

Qeyd edək ki, Volodimir Zelenski artıq bu memorandumdakı tələbləri “axmaqlıq” adlandırıb.

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 İyun 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri