Icma.az
close
up
RU
Moskvanın Bakıdan absurd istəyi, yaxud: “Bu, acizliyin əlamətidir”

Moskvanın Bakıdan absurd istəyi, yaxud: “Bu, acizliyin əlamətidir”

Ayna saytına istinadən Icma.az xəbər verir.

Politoloq: “Ən yaxın müttəfiqlərini qoyub Azərbaycabndan bunu istəmək absurd deyilmi?”

Bu günlərdə Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski “Russia Today” kanalına müsahibəsində Qarabağı “mübahisəli ərazi” kimi təqdim edib: “Əgər biz cəbhə xəttində münaqişəni dayandırsaq və real sülhə razı olmasaq, sadəcə olaraq hansısa atəşkəs bağlasaq, o zaman vəziyyət bir vaxtlar Ermənistanla Azərbaycan arasındakı mübahisəli bölgə olan Qarabağı xatırladacaq. Əgər real sülh olmasa, o zaman bu bölgə (Rusiyanın işğal etdiyi ərazilər – A.B.) nəhəng Qarabağa çevriləcək”.

Bunun ardınca, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Medinskinin bu açıqlamasına münasibət bildirib. Qeyd olunub ki, Putinin köməkçisinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini “mübahisəli ərazi” kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur. Nazirliyin mətbuat katibi Ayxan Hacızadənin vasitəsi ilə Medinskinin bu sərsəmləməsinə rəsmi Bakıdan sərt cavab verilib.

Bundan sonra Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a deyib ki, Rusiya Qarabağı rəsmi olaraq Azərbaycanın ərazisi kimi tanıyır. Zaxarova Medinskinin Qarabağla bağlı səsləndirdiyi fikirləri kontekstdən çıxarmamağa çağırıb. Qeyd edib ki, Medinski həmin açıqlamasında vəziyyətin tarixi aspektindən və sosial-mədəni xüsusiyyətlərindən bəhs edib.

Medinskinin bu açıqlamasından bir neçə saat sonra isə “RİA Novosti”yə məlumatlı mənbə bildirib ki, Medinskinin Qarabağla bağlı bəyanatına Azərbaycan XİN-in reaksiyası ilə əlaqədar Moskva Bakının Rusiyanın “yeni regionları” və Krımı tanımasına ümid edir: “Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağla bağlı bəyanatlarına reaksiyası ilə əlaqədar Moskva gözləyir ki, Bakı 22 fevral 2022-ci il tarixli Bəyannamədə ən yüksək səviyyədə təsbit olunmuş Rusiya ilə Azərbaycan arasında münasibətlərin müttəfiqlik xarakterini nəzərə alıb, Ukrayna ətrafındakı vəziyyətdə daha balanslı mövqe tutub, xüsusi hərbi əməliyyat kontekstində Rusiyanın yanaşmalarının ədalətli olduğunu və Krım, Sevastopol, “DXR”, “LXR”, Zaporojye, eləcə də Xerson vilayətlərinin ölkəmizin tərkibində olması ilə bağlı mövqeyi tanıyacaq. Necə ki, Rusiya Azərbaycanın Qarabağ üzərində suverenliyini şübhə altına almır”.

Təbii ki, Kremlin nəzarətində olan “RİA Novosti”də məlumatlı mənbəyə əsasən belə bir məlumatın yayılması təsadüf deyil. Anlaşılan odur ki, Rusiya Azərbaycandan tərəf seçməyi, işğal etdiyi Ukrayna ərazilərinin tanınmasını istəyir. Azərbaycanın isə mövqeyi bəllidir: Ukraynanın ərazi bütövlüyü rəsmi Bakı tərəfindən dəstəklənir. Azərbaycan həmçinin münaqişənin beynəlxalq hüquq normalarına uyğun və dinc yolla həllinin tərəfdarıdır. Bakının bu mövqeyini Moskva təbii ki, bilir. Bəs, o zaman niyə işğalına dəstək istəyir?

Ekspertlər bunun bir çox səbəbləri olduğunu vurğulayırlar. Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov AYNA.AZ-a müsahibəsində deyib ki, Medinski metodoloji səhvə yol verib:

- Qarabağla paralel aparan Putinin köməkçisi dedi ki, Ukrayna Qarabağda olduğu kimi, bir müddət sonra güclənəcək və ərazilərini geri alacaq. Medinski əslində Ukrayna məsələsini Qarabağla müqayisə edərkən Rusiyanın mövqeyinə də zidd danışıb. Çünki Ermənistan Qarabağdakı keçmiş qondarma qurumu nə öz ərazisi sayırdı, nə də rejimi tanıyırdı. Medinski Qarabağı “mübahisəli ərazi” adlandıraraq işğal etdiyi, amma özünə məxsus olduğunu dediyi Ukrayna ərazilərini də şübhə altına almış oldu. Çünki Rusiya Konstitusiyasına əsasən, Ukraynanın 4 regionu artıq Rusiya ərazisi sayılır. Demək istəyirəm ki, Medinskinin metodoloji səhvi həm bizə, həm də Rusiyanın özünün mövqeyinə qarşıdır.

Azərbaycan XİN-in Medinskinin bu bəyanatına dərhal cavab verməsi təqdir edilməlidir. Daha sonra Zaxarova da açıqlama verdi ki, Rusiya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Bundan sonra isə “RİA Novosti” Rusiyanın Azərbaycandan istəyini “məlumatlı mənbə”yə istinadən Bakıya çatdırdı. Hesab edirəm ki, Zaxarovanın açıq şəkildə deyə bilmədiyi mətbuat vasitəsi ilə deyilmiş oldu.

- Yəni, əslində “məlumatlı mənbə” rəsmi Moskvanın mesajını çatdırdı...

- Hər halda görünən budur. “RİA Novosti”yə həmin mənbə deyir ki, Azərbaycan yaxşı olardı ki, Rusiyanın “yeni regionlarını” tanısın və s. Sual olunur: rus diplomatlar bu istəklərini azərbaycanlı diplomatlara açıq şəkildə deyə bilmirlər? Ola bilsin ki, deyiblər, cavablarını da alıblar və bu cavab qane etməyib. İndi mətbuat vasitəsi ilə Bakıya mesaj verilir. Amma istər Medinskinin bəyanatı, istərsə də media vasitəsi ilə Moskvanın Bakıdan istədiyi absurddur. Azərbaycan onsuz da öz mövqeyində qətiyyətlidir. Azərbaycan Prezidenti tərəfindən dəfələrlə bəyan edilib ki, biz ərazi bütövlüyü prinsipinə sadiqik, onu dəstəkləyirik. İstər Ukraynanın, istərsə də Rusiyanın beynəlxalq hüquqa uyğun şəkildə tanınmış ərazilərini tanıyırıq, ərazi bütövlüyünü dəstəkləyirik.

- “RİA Novosti”dəki məlumatda Rusiya ilə Azərbaycan arasında müttəfiqliklə bağlı imzalanan Bəyannamə xatırladılır. Görünən odur ki, Moskva bu sənədə əsasən Bakıdan işğal siyasətinə dəstək umur...

- Həmin sənəd 2022-ci ilin fevralında imzalanıb. Həmin vaxt Azərbaycan Prezidenti Rusiya Prezidenti ilə birgə mətbuat konfransında geniş çıxış etdi. İlham Əliyev Vladimir Putinə baxaraq deyir: “Birincisi, ərazi bütövlüyü prinsipi əsasdır. İkincisi, Qarabağdakı silahlılar tərksilah edilməlidir və Naxçıvana nəqliyyat-kommunikasiya açılmalıdır. Yəni Rusiyadan Azərbaycanın üç gözləntisi vardı. Həmin vaxt Rusiya qəti mövqe göstərmədi. Qarabağın “statusu” məsələsini gələcəyə saxlamaq istədilər. Azərbaycan Prezidenti isə status söhbətinin gorbagor olduğunu sübut etdi. Bundan sonra Rusiya faktla barışmalı oldu.

Əslində Rusiya Prezidentinin 44 günlük Vətən müharibəsindən sonra iki sərəncamı var idi: birincisi Dağlıq Qarabağa sülhməramlıların yollanması ilə bağlı idi, ikincisi Dağlıq Qarabağda humanitar missiyanın formalaşdırılması ilə. Putinin sərəncamında məhz “Dağlıq Qarabağ” yazılırdı. Yəni Kreml qeyri-müəyyənliyi saxlamaq istəyirdi ki, biz buna imkan vermədik. İndi Rusiya demək istəyir ki, bizim də belə bir problemimiz var, dəstək verin, müttəfiqlik haqqında sənədimiz var və s. Birincisi, həmin sənəd qarşılıqlıdırsa, o zaman Rusiya Azərbaycanın istəklərinə niyə müsbət yanaşmayıb? İkincisi, Rusiyanın ən yaxın və real müttəfiqi Belarusdur. Belarus işğal olunan, ilhaq edilən əraziləri “Rusiyanın regionları” kimi niyə tanımayıb? Üçüncüsü, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Rusiyanın müttəfiqi olan ölkələr var, bəs onlar niyə tanımayıb?

Ən yaxın müttəfiqlərini qoyub Azərbaycabndan bunu istəmək absurd deyilmi? Təbii ki, absurddur və Rusiyanın özü də yaxşı bilir ki, Azərbaycan qəti mövqeyindən geri çəkilməyəcək. Nə Rusiya, nə də Ukrayna Azərbaycandan maksimalist mövqe gözləməlidir. Hesab edirəm ki, Rusiya tərəfindən belə məlumatların sızdırılması, media vasitəsilə belə istəklər haqqında mesajların verilməsi acizliyin əlamətidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://ayna.az
archiveBu xəbər 13 İyun 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri