Icma.az
close
up
RU
Hücum kartı niyə işə salınıb? Moskvanın Bakıdan istəyi...

Hücum kartı niyə işə salınıb? Moskvanın Bakıdan istəyi...

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"AZAL-ın təyyarəsinin vurulmasından sonra Bakı-Moskva xəttində gərginlik yüksələn xətlə davam edir, xüsusilə Azərbaycanın geri addım atmaması Kremldə imperativ narazılıqlar yaradıb və soydaşlarımıza hücumla “cəza aktı”na əl atırlar. Hərçənd, son günlərin siyasi gündəmi fonunda Kremlin qəzəbinin qorxudan qaynaqlandığı da görünür".

Ölkə.az xəbər verir ki, bu fikiləri siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda mövqelərini bərpa etmək imkanından, regional kommunikasiyaların açılmasından – Zəngəzur dəhlizindən məhrum ola bilər:

"Ukrayna ətrafında danışıqlar prosesinin başlanması ilə Rusiya regiona – ilk öncə keçmiş forpostu olan Ermənistana qayıdış cəhdlərinə start verdi. Və xüsusilə iki amil önünü açır. Birincisi, Trampın gəlişindən sonra Qərbdə Ermənistan hakimiyyətinə verilən dəstəyin haçalanması, ikincisi, İran ətrafında çəmbərin daralması ilə Ermənistanın regionda Rusiya qarşısında alternativ dəstəyinin zəifləməsidir.

Moskva İran-İsrail müharibəsinə təkcə Ukrayna cəbhəsində yox, həm də Cənubi Qafqazda mövqelərini gücləndirmək imkanı olaraq baxırdı. Ermənistanda möhkəmlənir və 44 günlük müharibədən dərhal sonra yaranmış regional situasiyanı – Rusiya-Türkiyə tandemində balans arxitekturasını yenidən qurur, bununla Zəngəzur dəhlizi də daxil olmaqla regional kommunikasiyanın bərpasında əsas pay sahiblərindən birinə çevrilir.

Bakı-Ankara-İrəvan xəttində baş verənlər Moskva üçün “soyuq duş” effekti yaradıb. İran ətrafında müharibə Ermənistanı regionda təklənmək riskini gücləndirdi və bu, İrəvanın Moskvadan uzaqlaşmaq xəttinə də problemlər yaradır. Paşinyan anlayır ki, rusların “geri dönüşü” onu çətin seçim qarşısında qoyacaq: ya kommunikasiyanın açılmasına rus qoşunlarının da yer aldığı ssenari ilə razılaşmalı – 10 noyabr bəyanatının 9-cu maddəsi – və “yeni Ermənistan” konsepsiyasından imtina etməli, ya da hakimiyyətinə yaranacaq təhdidlərlə mübarizə aparmalıdır. Bu situasiyada İrəvan üçün ən azından texniki baxımdan Vaşinqton və Brüssel regionda tarazlaşdırıcı güc rolunu oynaya bilmir. Yeganə qapı Ankaraya açılır, bu həm də Bakı ilə “ortaq dil”in tapılması imkanları yaradır. Türkiyə Ermənistanın Avropa bazarına çıxış ümidlərinin də yeganə marşrutudur".

A.Nərimanlı qeyd edib ki, 20 iyunda ilk dəfə Türkiyəyə səfər edən Nikol Paşinyanın məqsədi Ərdoğanla anlaşmaq, Moskva qarşısında regional balansı qorumaq, sərhədlərin açılması və Bakı ilə əsas ziddiyyətli məqam olan kommunikasiyanın açılmasında – Zəngəzur dəhlizində “ortaq məxrəc”in tapılması imkanlarını yoxlamaq idi:

"İrəvan anlayır ki, Bakı olmadan Ankara ilə anlaşa bilmək cəhdləri vaxt itirmək deməkdir. Ərdoğanın Paşinyandan bir gün öncə - 19 iyunda Əliyevlə bir araya gəlməsi də bunu təsdiq edir. Əslində Ərdoğan-Əliyev, Ərdoğan-Paşinyan görüşünə qədər kadr arxasında mümkün razılaşmaların hazırlandığı, liderlərin bu razılaşmaları müzakirə etdiyi istisna edilməməlidir.

Ehtimal olunan razılaşma: regional kommunikasiya – Zəngəzur dəhlizi artıq qüvvədən düşmüş 10 noyabr bəyanatından kənar formada, Rusiyanın iştirakı olmadan açılır. Ərdoğan-Əliyev, Ərdoğan-Paşinyan görüşündən dərhal sonra baş verənlər də bir neçə ehtimalı gücləndirir. 20 iyunda Naxçıvanın muxtariyyətinin ləğv edilməsinin başlanğıcı hesab oluna biləcək qərar verildi. Bu qərar gələcək təhlükələrə hesablanmış addım olmaqla yanaşı, Zəngəzur dəhlizinin açılması perspektivindən də qaynaqlanır.

Paşinyan Türkiyədən qayıtdıqdan dərhal sonra kilsənin - Ermənistanda Bakı və Ankara ilə anlaşmaya – belə bir anlaşma Zəngəzur dəhlizinin açılması ilə mümkün ola bilər – qarşı çıxacaq, eyni zamanda, hakimiyyətinə təhdid yaradacaq qüvvələrin neytrallaşdırılması istiqamətində hərəkətə keçdi.

27 iyunda Türkiyəyə səfər edən Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan iki ölkə arasında ticarət dövriyyəsi və yük daşımaları ilə bağlı məsələləri müzakirə etdi. İstisna deyil ki, Bakı-Ankara-İrəvan xəttində Zəngəzur dəhlizi ilə bağlı anlaşma var. Mümkün anlaşmaya görə, Azərbaycandan Naxçıvana maneəsiz keçid “tranzit” adı ilə açılır. Burada “Kalininqrad modeli” üzrə, yəni “Azərbaycandan Azərbaycana prinsipi”nin tətbiqi mümkündür. Daşımaların sadələşdirilmiş rejimdə həyata keçirilməsi də variantlar arasında ola bilər, nəticə etibarilə “maneəsiz keçid” təmin olunacaq. Həm Rusiyanın oyundan çıxarılması, həm də Ermənistanda Paşinyana qarşı narazılığın neytrallaşdırılması üçün “dəhliz” terminindən imtina edilə bilər. Rusiyada azərbaycanlılara qarşı dövlət səviyyəsində edilən hücumların məhz bu hadisələrdən sonra baş verməsi təsadüfi deyil. 

Moskva regional kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupunun həmsədri Aleksey Overçukla Bakıya mesajlarını, istəklərini göndərəcəkdi, bundan öncə azərbaycanlılara hücumun edilməsi təzyiqlə mövqeyini qəbul etdirməyə hesablanmış addım kimi görünürdü. Bu səfəri ləğv edən Azərbaycan adekvat addımlarla Rusiyaya geri çəkilməyəcəyini nümayiş etdirir.

Moskvaya qarşı həm Bakıda, həm İrəvanda dirəniş sərgilənməsi Cənubi Qafqazda güc balansının gələcəyini müəyyənləşdirəcək faktordur. Bakı-Moskva xəttində qarşıdurma kəskinləşərsə, Ankara diplomatik müstəvidə proseslərə müdaxilə edə bilər. Hadisələrin inkişafına Ermənistanın nə qədər müqavimət göstərə biləcəyi, Rusiya ilə separat danışıqlara gedib-getməyəcəyi yön verəcək".

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 İyul 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri