Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, iki kişi mübahisə edib və nəticədə onlardan biri digərini bıçaqlayıb.
Daha sonra məlum olub ki, müştərilər arasında mübahisə qardaşı ilə restoranda istirahət edən Azərbaycan vətəndaşının ucadan danışmağa başlaması ilə yaranıb. Bu, qonşu masada əyləşən dörd şəxsin xoşuna gəlməyib. Onlar qardaşların çölə çıxmasını gözləmək qərarına gəliblər ki, etirazlarını bildirsinlər.
İddiaya görə, özlərini sakit aparmaq xahişinə azərbaycanlı qardaşlar aqressiv reaksiya veriblər. Mübahisə baş verib və davaya çevrilib. Əlbəyaxa dava soyuq silaha əl atmaqla yekunlaşıb. Nəticədə 35 yaşlı Azərbaycan vətəndaşı təxminən üç bıçaq yarası alıb.
Zərərçəkən hazırda həkimlərin nəzarəti altındadır. Hadisənin detalları araşdırılır.
Baxış sayı:128
Bu xəbər 03 Oktyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















