Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Moskvanın Zəngəzur dəhlizi planı

Moskvanın Zəngəzur dəhlizi planı

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Postmüharibə dövründə respublikamızın təşəbbüsü və fəal səyləri əsasında başlayan Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesi müsxtəlif istiqamətləri əhatə edir. Burada mühüm komponentlərdən biri də kommunikasiya bağlantılarının blokdan çıxarılması, o cümlədən də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Bu məsələ zamanında artıq hər iki tərəf səviyyəsində razılaşdırılan sülh sazişi layihəsinin mətnindən ayrılsa da, normallaşma prosesində vazkeçilməz aktuallıdığını saxlamaqdadır.

Xatırladaq ki, 2020-ci il 10 noyabr taixində Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın Baş nazirinin imzaladıqları üçtərəfli bəyanatda  regional kommunikasiyaların açılması ilə bağı konkret müddəa öz əksini tapıb. Bəhs olunan sənədin 9-cu bəndində oxuyuruq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.

Zəngəzur dəhlizi geosiyasi və geoiqtisadi reallıqlar kontekstində

Bəyanatda “Zəngəzur dəhlizi” ifadəsi işlədilməsə də, Azərbaycanın əsas hissəsi ilə uzun illər ərzində blokada şəraitində yaşamaq məcburiyyətində qalmış Naxçıvanı birləşdirəcək marşrut konkret şəkildə göstərilib. Yəni söhbət Ermənistan üzərindən maneəsiz keçməklə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiya bağlantısının yaradılmasından gedir. Bunu həm də hələ keçmiş sovet dönəmində mövcud olmuş, sonradan isə Ermənistanın üç onillik ərzində bağlı saxladığı marşrut anlamında qəbul edə bilərik. Sonradan Azərbaycan Prezidenti İlham Əliyev bəhs olunan marşrut haqqında “Zəngəzur dəhlizi” ifadəsini gündəmə gətirdi. Bu, qeyd olunan marşrutun ən doğru adlandırılmasıdır. Tarixi xəritələrdə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasındakı ərazi respublikamıza məxsus olmaqla məhz Zəngəzur adlanırdı. Sonradan həmin ərazi imperialist güc mərkəzlərinin məkrli ssenarilərinə uyğun olaraq respublikamızdan alınıb və Ermənistanın ərazisinə qatılıb. “Zəngəzur dəhlizi” ifadəsində də məhz tarixə və coğrafi yerləşməyə istinad olunur. “Dəhliz” sözü də üçtərəfli bəyanatda ifadə olunan “maneəsiz keçid” ifadəsinə tam adekvatdır. 

Zəngəzur dəhlizinin açılması qalib Azərbaycanın tarixi və strateji maraqlarına uyğundur. Buna görə də ölkəmiz bu məsələdə israrlı yanaşma sərgiləyir, o mövqedən çıxış edir ki, Zəngəzur dəhlizi mütləq açılmalıdır. Eyni zamanda, ölkəmiz məsuliyyətli dövlət kimi bəhs olunan kommunikasiya xəttinin respublikamızın ərazisinə düşən hissəsində zəruri infrastrukturun yaradılmasını fəal şəkildə davam etdirir.

Ancaq sürətlə dəyişən geosiyasi və geoiqtisadi reallıqlar fonunda aydın görünür ki, Zəngəzur dəhlizinin önəmi yalnız Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında bağlantı yaradılması ilə məhdudlaşmır. Hazırda dünya nizamı sürətlə yenilənir. İndi Avrasiyada tamam fərqli mənzərə yaranıb. Rusiya-Ukrayna müharibəsi fonunda ölkələrin və şirkətlərin əvvəlki işlək marşrutlara çıxış imkanları məhdudlaşıb. Daha təhlükəsiz yollar tapılmalıdır. Eyni zamanda, dəyişən dünya nizamında regionların təchizat zəncirində transformasiyalara ciddi ehtiyac yaranıb. Xüsusilə də ABŞ-ın tarif siyasəti Avropa və Asiya ölkələrinin, o cümlədən də dünya nəhəngi Çinin yaxın perspektivdən gec olmayaraq təchizat-satış coğrafiyasında korrektələr etmək zərurətini ortaya çıxarıb. Son günlərdə verilən açıqlamalar Avropanın Çinlə, resurs bazası olan Mərkəzi Asiya ilə yaxınlaşmaq istəyindən çıxış etdiyini təsdiqləyir. Beləliklə, aydın olur ki, Avrasiyada nəhəng yük dövriyyəsinin başlayacağı era uzaqda deyil. Bəs artan yüklər hansı yollarla ötürüləcək? Nəzərlər ilk növbədə Azərbaycanın əsas həlqə təşkil etdiyi Transxəzər marşrutuna (Orta dəhlizə - red.) yönəlir. Hələlik Çin sərhədlərindən başlayan bu marşrut yalnız bir istiqamətdə - Azərbaycan və Gürcüstan üzərindən keçməklə Avropaya çatır. Son vaxtlarda Azərbaycanın səyləri əsasında infrastruktur genişləndirilsə də, bir xətlə artan yüklərin daşınması gələcəkdə sadəcə mümkün olmayacaq. Orta Dəhlizin şaxələndirilməsi və Zəngəzur dəhlizinin yaradılması ilə bu məhdudiyyət aradan qalxa bilər. Buna görə də Azərbaycanla yanaşı, daha geniş coğrafiyalarda yerləşən ölkələr də Zəngəzur dəhlizinin açılmasına böyük maraq göstərirlər.

Məsuliyyətdən yayınan Ermənistanın utopik layihələri

Zəngəzur dəhlizinin açılması bütün region dövlətlərinin mənafeyinə uyğundur. Bununla qonşu ölkələr arasında yeni inteqrasiya imkanları yaranacaq. Bu marşrutun, eyni zamanda, Ermənistanın özü üçün vazkeçilməz əhəmiyyəti var. Ölkə işğalçılıq siyasətinə görə uzun müddətdən bəri dalan vəziyyətindədir. Onun böyük dünyaya çıxış imkanları qonşu İran, Gürcüstandakı “Lars” keçid məntəqəsi ilə məhdudlaşır. İranın sanksiyalar altında olması, eləcə də soyuq qış aylarında “Lars”ın tranzit daşımaları üçün bağlanması Ermənistanın vəziyyətinin nə qədər kritik olduğu barədə konkret təsəvvür yaradır. Zəngəzur dəhlizinin açılması isə Ermənistanın xarici aləmə çıxışındakı məhdudiyyətləri aradan qaldıracaq.

Son vaxtlarda Nikol Paşinyanın və digərlərinin verdikləri bəyanatlardan aydın olur ki, rəsmi İrəvan da reallığı qəbul edir. Bununla belə, Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılmasında ortaya qətiyyətli siyasi iradə qoya bilmir. İndiyədək Zəngəzur dəhlizinin işlək vəziyyətə gətirilməməsinin əsas səbəbi məhz Ermənistan rəhbərliyinin riyakarlığıdır. Paşinyan və onun komandasının üzvləri müxtəlif auditoriyalar qarşısında “biz kommunikasiyaların blokdan çıxarılmasına hazırıq” desələr də, praktiki müstəvidə hansısa bir addım atmağa tələsmirlər. Bunun əvəzində, rəsmi İrəvan tərəfindən “Sülh kəsişməsi” və yaxud “Dünyanın kəsişməsi” kimi utopik layihələr irəli sürülür. Mütəxəssislər dəfələrlə əsaslandırıblar ki, həmin layihələrin Zəngəzur dəhlizi ilə müqayisədə cəlbediciliyi hədsiz dərəcədə aşağıdır. Təklif olunan marşrutlar dağlıq ərazilərdən keçir, məsafə uzundur, infrastrukturu sıfırdan qurmaq lazımdır və s.

Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılmasını yubadarkən müxtəlif bəhanələr gətirir. Halbuki Zəngəzur dəhlizinin açılmasının Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirəcəyi ilə bağlı səsləndirilən iddiaların hansısa bir əsası yoxdur. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması Ermənistanın bilavasitə məsuliyyətidir. Üçtərəfli bəyanata imza atan Paşinyan bununla üzərinə öhdəlik götürüb və bu öhdəliyi də yerinə yetirməlidir.

Moskva: Kommunikasiyaların açılması aktuallığını qoruyub saxlayır

Qeyd etdiyimiz kimi, Zəngəzur dəhlizinin açılması region dövlətlərinin də marağındadır. “2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan arasında əldə olunmuş kompleks razılaşmalar, o cümlədən kommunikasiyaların açılması məsələsi tam şəkildə öz aktuallığını qoruyub saxlayır”. Bunu jurnalistlərə Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.

Moskvanın bu razılaşmaların icrasına necə kömək edə biləcəyi ilə bağlı sualı cavablandıran M.Zaxarova vurğulayıb ki, “üçtərəfli formatda tamhüquqlu qarşılıqlı fəaliyyətin tezliklə bərpası Cənubi Qafqazda davamlı sülhün və rifahın təmin olunmasına şərait yarada bilər”.

Diplomat əlavə edib ki, Rusiya “tərəfdaşları olan Azərbaycan və Ermənistana iki ölkə arasında barışığın əsas istiqamətləri üzrə kömək göstərməyə hazırdır”.

Rusiya XİN nümayəndəsinin sözlərinə görə, Moskvanın Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin həmsədrlik etdiyi ixtisaslaşmış üçtərəfli işçi qrup çərçivəsində nəqliyyat və iqtisadi kommunikasiyaların açılması üzrə təcrübəsi mövcuddur. “Biz sərhədlərin delimitasiyası və demarkasiyasında təcrübəmizi bölüşməyə hazırıq və bu sahədəki mütəxəssislərimizin postsovet məkanında ən yaxşılar sırasında olduğunu düşünürəm”, - deyə M.Zaxarova bildirib. O, həmçinin qeyd edib ki, Rusiyanın “unikal kartoqrafik materialı” var.

Qeyd edək ki, Moskvadan kommunikasiyaların açılmasına kömək təklifi əvvəllər də səsləndirilib. Ancaq öhdəliklərindən yayınmağa çalışan Ermənistanda belə təkliflər birmənalı qarşılanmır.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Aprel 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see501

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see474

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see283

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see264

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see257

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see256

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see246

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see243

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see243

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see237

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see233

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see224

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see221

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see212

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see209

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see200

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see197

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see194

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri