Icma.az
close
up
RU
Moskvanın yeni planı: Rusiya vasitəçilik imkanlarını bərpa edə Biləcək?

Moskvanın yeni planı: Rusiya vasitəçilik imkanlarını bərpa edə Biləcək?

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Rusiya Azərbaycan və Ermənistan arasında yenidən vasitəçi olmağa çalışır". 


Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.


Politoloqun sözlərinə görə,Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində "üçtərəfli işçi qrupunun" yenidən fəaliyyətə başlamasına çalışır: 


"Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk tərəflərdən təklif gözlədiklərini qeyd edib. Ümumiyyətlə, "üç tərəfli işçi qrupu" Azərbaycan və Ermənistan arasında nəqliyyat -kommunikasiyaların açılmasını nəzərdə tutur. Moskva çalışır ki, bu formatı bərpa etməklə, sülh müqaviləsi üzrə danışaqlar öz nəzarətində həyata keçirsin. Bununla prosesi uzatsın.

Ermənistan yenidən Rusiyanın təmsil olunduğu işçi qrupuna qayıtmağacağını vurğulayıb. Azərbaycanda ikitərəfli danışıqlarda maraqlı olduğu üçün Moskvanın vasitəçiliyinə ehtiyac görmür. Rusiya prosesi nəzarət altına almaqla prosesi uzadıb, sülh gündəliyinin qarşısını almağı hədəfləyir".


M.Əsədullazadənin fikrincə, Rusiyanın vasitəçiliyi danışıqlari sabotaj etmək irəliləyişlərin qarşısını almaqdan ibarətdir. O bildirib ki, iki ilə ərzində  Rusiyanın vasitəçiliyi ilə keçirilən Üç tərəfli işçi qrupunun fəaliyyətində müsbət irəliləyişlər əldə olunmadı: 

"Azərbaycan Ermənistanla birbaşa danışıqlarda irəliləyiş əldə edib. Hazırda ABŞ-la  Rusiya arasında danışıqlar prosesində Kreml şərtlərlə çıxış edir. Bu danışıqlarda Rusiya mövqeyini gücləndirsə, Ermənistan və Azərbaycan arasında danışıqlar prosesinə təsir etməyə, Moskvada yenidən mənasız danışıqlara cəlb edə bilər. Məhz N. Paşinyan vaxt itirmədən konustitusiya dəyişikliyinə gedib, sülh müqaviləsinin bağlanmasına getməlidir. 

 Demək olar ki, N. Paşinyan Rusiyanın təzyiqlərinin fərqindədir. Ona görə də Türkiyə ilə yaxınlaşmaq siyasəti aparır. Amma, proseslər Konustitusiya dəyişikliyindən asılıdır".

Siyasi ekspert onu da qeyd edib ki, Rusiya tərəfi 9 mayda Moskvada keçiriləcək paradda Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsinə çalışacaq. Belə bir görüşün keçirilməsi Azərbaycan üçün siyasi əhəmiyyəti yoxdur. Azərbaycan Ermənistanla ikitərəfli danışıqlara üstünlük verir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Mart 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri