Moskvaya dron hücumu
Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya paytaxtı Moskva və ətrafı növbəti dəfə pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə (HHM) qüvvələri Moskva istiqamətində hərəkət edən 22 pilotsuz uçuş aparatını məhv edib.
Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
İlkin məlumatda 12 PUA-nın vurulduğu bildirilsə də, sonradan daha 10 dronun zərərsizləşdirildiyi açıqlanıb. Sobyanin dağıntılar və ya xəsarət alanlar barədə məlumat verməyib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov isə bildirib ki, HHM qüvvələri regiona yönəlmiş dron hücumunun qarşısını alıb. Onun sözlərinə görə, Çexov şəhərində pilotsuz uçuş aparatlarından biri Zemskaya küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasına düşüb. Hazırda hadisə yerində fövqəladə xidmətlər işləyir, xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir.
Qubernator əlavə edib ki, digər PUA açıq əraziyə düşərək avtomobil şinlərinin yanmasına səbəb olub. Yanğın qısa müddətdə nəzarət altına alınıb.
Bundan başqa, Vaulovo kəndində fərdi yaşayış evi yanıb, “Romaşkino” bağ massivində isə dron qalıqları bağ evinə ziyan vurub. İlkin məlumata görə, bu hadisələr nəticəsində xəsarət alan yoxdur.
Hücum fonunda Moskvanın Vnukovo və Domodedovo hava limanlarında xüsusi iş rejimi tətbiq edilib.
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) bildirib ki, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hər iki hava limanı reysləri yalnız müvafiq qurumlarla razılaşdırıldıqdan sonra qəbul edir və yola salır.
Baxış sayı:80
Bu xəbər 28 İyul 2026 08:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















