“Moskviç”lə piyadanı vuraraq öldürən “prava”sız sürücüyə hökm oxundu
Icma.az, Pravda.az saytına istinadən bildirir.
Bakı Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Cümşüd Məmmədovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 25 noyabr 2024-cü ildə, saat 22:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən 59-cu kilometrində qeydə alınıb.
Belə ki, Cümşüd Məmmədov sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Moskviç 2140” minik markalı avtomobillə hərəkətdə olarkən piyada, 1986-cı il təvəllüdlü Ruslan Şıxəliyevi vuraraq öldürüb.
Hadisədən sonra Cümşüd Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov


