Mourinyo hakimdən narazılıq etdi: UFC döyüşçüsü kimi…
Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının ümumi mərhələsinin 7-ci turunun “Lion”la oyununda (0:0) hakimlikdən narazı qalıb.
Matçı Simone Sozzanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Publika.az xəbər verir ki, Mourinyo oyundan sonra narazılığını açıq şəkildə bildirib.
“İki qırmızı vərəqə ilə matçda səhvlər oldu. Kumbedinin Şimanskiyə qarşı hərəkəti açıq-aşkar qırmızı vərəqə idi. Hakim səhv qərar verdi və VAR ona xəbərdarlıq etmədi.
Daha sonra o, Niakata səhvən qırmızı vərəqə verdi, lakin VAR bunu düzəltdi və bu dəfə düzgün qərar verdi.
Sonra həmin Kumbedi sürətli hücumda Şimanskini boğazından tutaraq yerə yıxdı, amma yenə sarı vərəqə almadı və meydandan qovulmadı. Hakimdən və VAR-dan danışmadan matçı şərh etmək mümkün deyil. Hakimin oyuna böyük təsiri oldu.
Hakimlərə kömək etmək üçün VAR lazımdır. Etiraf edim ki, sahə hakimi səhv etdi, amma VAR səhv etməməlidir. Koumbedi ikinci hissədə UFC döyüşçüsü kimi Şimanskini yerə yıxdı”, – Mourinyodan “Fotomaç” sitat gətirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 24 Yanvar 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















