Icma.az
close
up
RU
“Ətri vuranlar” Pərvanə Bayramqızı yazır

“Ətri vuranlar” Pərvanə Bayramqızı yazır

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Hərdən insanlardan üzün dönür, sevgi, qayğı ilə yanaşdıqlarının iyrənc xislətinə bələd olanda heç nə olmayıbmış kimi davranmaq mümkünsüzləşir. Təsirlənir, ruhdan düşürsən. Cəmiyyətdən imtina etməkdən adamı öz adamlığı qoruyur. Özgənin əməlinə qalsa guşənişin olarıq.Pislik gözlədiklərin bir yana, adamı yaxşı sanıb hörmətlə yanaşdıqları məyus edir.

Yolda, küçədə, ya da hansısa müəssisənin dəhlizində yanımızdan ötənlərin üstündən bizi ətir vuranda xoşumuza gəlir. Adamın getməsini istəmirik, həmin gözəl qoxunu burnumuza çəkib xoşhal olmaqdan doymuruq. O, getdikcə az qalırıq arxasınca düşüb qoxulaya-qoxulaya biz də gedək. Bəlkə də, həmin ətri yanımızda vursa boğularıq. Tərkibindəki maddələrdən allergiya verər, asqırarıq, mədəmiz bulanar, başımız ağrıyar. Uzaqdan xoşladığımız ətir yaxında ürəyimizdən olmaz. Bəzi adamlar da bu cürdülər. Yalnız uzaqdan görə, uzaqdan tanıyasan, salam verib keçəsən, yaxınlaşanda, müəyyən hadisələrin fonunda əsl üzləri bilinəndə görürsən ki, yaxşı adam deyilmiş. Ona görə belələri yanımızdan ani müddət ötüb keçsələr yaxısıdr. Özlərini yox, tez hopub gedən ətirlərini xatırlamağımız daha gözəldir. Yaxşı adam zənn edib narahatlıq keçirmərik.

Birini çox istəyirsən, gözündə ucaldırsan, elə bilirsən alicənabdır. Onu yaxından tanıyanlar nə qədər desələr ki, verdiyin dəyərə layiq deyil, inanmırsan. Bir gün özün şahid olub dəqiq bilirsən ki, adamlar haqlı imişlər. Əvvəlcə təəssüfdoğuran bir məqam tutursan, amma özünə acıqlanırsan ki, yox, səhv anlamısan, o belə etməz. İkincidə başqa bir halla üzləşirsən, bu dəfə də təsadüf olduğunu fikirləşirsən. Üçüncüdə elə vəziyyətə düşürsən, görürsən ki, qəflətdə imişsən. Qəmlənirsən... hörmətlə yanaşdığına görə yox, bu, sənin insanlığındır, kədərin yaxşının pis çıxmağına qarşı oyanır. 

Yaxşı cəhətlərini bəyəndiyin, insanlığına ümid edib sevdiyin adamların hamı kimi olduğunu görəndə elə bilirsən, yol bilib ayağını qoyduğun yerin altı quyu imiş, boşluğa düşüb bir daha çıxa bilmirsən.... Ondan sonra qazancını oğurlatdırıb özünə boş divarlar saxlayan adam kimi yaşayırsan.
Qəribə insanlar var, göstərdiyin diqqəti, hörməti borcun hesab edir. Bunları ondan əsirgəyənə isə özü diqqət, hörmət göstərir.
Sevdiklərinin də yanında dəyərin olmur, onlar da sevməyənlərin arxasınca sürünürlər. 

Yaradıcılıqlarını oxuyub, oxucular arasında təbliğatını apardıqların da həmin an özünü dahi hesab edib bunu etməli olduğunu düşünürlər. Sənsə buna təəssüflənmirsən, çünki məqsədin müəllifə minnət qoymaq, yaltaqlanmaq yox, oxucuya, ədəbiyyata xidmət etməkdir. 

Şəxsiyyət adına yaltaqlıqdan ibarət olan adamlar başa çəkilirlər, onlar da bundan məmnun olurlar, çünki şəxsiyyət deyə maddi üstünlükləri qavrayırlar.
İki qafiyəni heca sayına uyğunlaşdırıb şeirfason nəsə düzəldən, üç cümləni özündən, beş cümləni özgədən götürüb mətn hazırlayan kimi aidiyyəti qurumun rəhbərliyinə göstərib, gah yaltaqlıq, gah da qeyri yollarla "tanınmış" şair, yazıçı, publisist adı qazanmağa çalışırlar. Alınır. Hara baxırsan, beləsinin niyyətinin hasil olduğunu görürsən. Ön cərgədə rəhbərliyin yanında dayanırlar. Dəqiq bilirsən ki, ədəbiyyata qondarmadır, ədəbilik canında deyil, amma ədəbiyyata "iri addımlarla soxulub". Yalnız xeyirxahlıq, yalnız ədəbiyyat, yalnız insanlara xidmət iddiası ilə ədəbi zövq alaraq əməl göstərənlərin halısa ürəkaçan deyil. Təmənnasız insanları saymırlar, könüllülərin könüllərini qırmaq bizimkilərin əlində çətin deyil. Adamlar nəsə istəyənə nəsə verirlər, istəməyənə heç layiq olduğu dəyəri də vermirlər.

Maraq, maraq, maraq... özü də maddi maraq. Şəxsi maraq da var, təkcə "maraqsız" maraq yoxdu, yəni sırf insanlığa olan maraq.

Müşahidə etdiyi halları ələ salıb gülməyi bacaran yaşayır, gördüklərini özünə dərd edənlərsə zülm çəkirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 Oktyabr 2026 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri