Mourinyonun “Real Madrid”ə qayıtmaq üçün şərtləri açıqlanıb
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Real Madrid”ə mümkün qayıdış şərtlərini açıqlayıb.
İdman.Biz-in Sport.es-ə istinadən verdiyi məlumata görə, portuqaliyalı menecer klub prezidenti Florentino Pereslə danışıqlar zamanı beş tələb irəli sürüb.
Mənbənin məlumatına görə, Mourinyo iki illik müqavilə istəyir. Bundan əlavə, məşqçi fitnes üzrə mütəxəssis Antonio Pintusun işdən çıxarılmasını, tibbi heyətdə dəyişikliklər edilməsini və klub rəhbərliyinin məşqçilik məsələlərinə tamamilə müdaxilə etməməsini tələb edib.
Digər şərt isə mətbuat katibi vəzifəsinin tətbiqidir. Mourinyo bütün mətbuat konfranslarında iştirak etmək istəmir, çünki bu, onun “Real Madrid”dəki əvvəlki fəaliyyəti dövründə çoxsaylı qalmaqallara səbəb olub.
Joze Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər Madrid klubuna rəhbərlik edib. Bu müddət ərzində “Real Madrid” İspaniya liqasını, Kral Kubokunu və İspaniya Superkubokunu qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:210
Bu xəbər 07 May 2026 01:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















