Joze Mourinyonun “Real Madrid“ə qayıdışı təxirə salındı SƏBƏB
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Joze Mourinyonun Madrid "Real"ının baş məşqçisi postuna təyinatı "Kral klubu"nda keçiriləcək prezident seçkisinin nəticələri elan edilənə qədər təxirə salınacaq.
Moderator.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı iş adamı Enrike Rikelmenin klub prezidentliyinə namizədliyini irəli sürəcəyini açıqlaması "Real Madrid"in bütün idman planlarını, o cümlədən Mourinyonun qayıdışını əngəlləyib.
Mənbənin məlumatına görə, Rikelme rəsmi namizəd olmaq üçün sənədlərini təqdim etməlidir. Bunun üçün son müddət isə bu gündür. Hər şey seçkidə hazırkı prezident Florentino Peresin qələbə qazanacağına və ardınca Mourinyonun dəvət olunacağına işarə edir.
Qeyd edək ki, "Real Madrid" portuqaliyalı mütəxəssisi bazar (24 may) və ya bazar ertəsi (25 may) günü ictimaiyyətə təqdim etməyi planlaşdırırdı.
Xatırladaq ki, "Real Madrid"də prezident seçkisi iyunun 7-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 23 May 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















